Icma.az
close
up
RU
Taxtın arxasındakı güc və İLK DÖYÜŞÇÜ Maduronun xanımı, əslində, KİMDİR?

Taxtın arxasındakı güc və İLK DÖYÜŞÇÜ Maduronun xanımı, əslində, KİMDİR?

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin Nyu-York şəhərində yerləşən, əsasən ağır cinayətkarların saxlanıldığı Metropolitan Cəza Mərkəzində qeyri-adi bir məhbus diqqət çəkir. Bu şəxs Venesuelanın devrilmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı, 69 yaşlı Cilia Floresdir.

ABŞ qüvvələrinin şənbə günü Karakasdakı prezident iqamətgahında keçirdiyi əməliyyat zamanı Flores həyat yoldaşı ilə birlikdə saxlanılıb. Cütlük helikopterlə ölkədən çıxarılaraq elə həmin gün ABŞ ərazisinə gətirilib.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, ABŞ prokurorluğu Cilia Floresi və Nikolas Maduronu Venesuelanı “narko-dövlətə” çevirməkdə və ABŞ-a böyük həcmdə kokain daşınmasına cəhd göstərməkdə ittiham edir. Flores Nyu-Yorkda hakim qarşısına çıxarkən ittihamları rədd edərək, “Mən günahsızam, tamamilə masumam” deyib.

Beynəlxalq ictimaiyyətdə geniş tanınmasa da, Cilia Flores Venesuelada uzun illər “taxtın arxasındakı güc” kimi qəbul edilib. Prezidentliyə gəldikdən sonra Maduro onun “first lady” (birinci xanım) adlandırılmasını rədd edərək, “ilk döyüşçü” titulunu verib.

Flores və Maduro 1990-cı illərin əvvəlində Hugo Çavesin tərəfdarları kimi tanınıblar. Həmin dövrdə Flores Çavesin müdafiə komandasında çalışan gənc hüquqşünas, Maduro isə onun azadlığa buraxılması üçün kampaniya aparan fəal olub. Çavesin 2013-cü ildə ölümündən sonra Maduro hakimiyyətə gəlib və cütlük rəsmi nikaha daxil olub. Deyilənlərə görə, cütlük bir-birlərinə olduğu qədər sosialist məqsədinə də sadiq idilər.

Xarici KİV-lərin yazdığına görə, Flores uzun illər ərzində pərdə arxasında mühüm siyasi təsirə malik olub və məhkəmə sisteminin rejim lehinə formalaşdırılmasında rol oynayıb. ABŞ 2018-ci ildə onu sanksiya siyahısına salaraq, Maduronun avtoritar idarəçiliyini gücləndirməkdə ittiham edib.

Floresə yönələn narkotik ittihamlarının bir hissəsi onun iki qohumunun işi ilə əlaqələndirilir. Həmin şəxslər 800 kiloqram kokainlə Haitidə saxlanılmış, Nyu-Yorkda mühakimə olunaraq uzunmüddətli həbs cəzası almışdılar. 2022-ci ildə isə ABŞ–Venesuela arasında aparılan məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılmışdılar.

Maduro həm özünün, həm də həyat yoldaşının günahsız olduğunu bildirərək, bu ittihamları Vaşinqtonun siyasi təzyiq və qaralama kampaniyası adlandırır. ABŞ isə Floresin rolunu ciddi təhlükə kimi qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Yanvar 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri