Icma.az
close
up
RU
Taym aut: Qərbdə reabilitasiya, Rusiya “nəfəs ala” bilər

Taym aut: Qərbdə reabilitasiya, Rusiya “nəfəs ala” bilər

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

ABŞ və yeni Avropa quruculuğundakı müəmmalar

“Avropa İttifaqı bu gün “ölüm nöqtəsi”ndədir”. Bu fikri hələ 2020-ci ildə Polşanın səhiyyə naziri olmuş Pşemıslav Çarnek dilə gətirmişdi. Nazir qənaətini gücləndirmək üçün 2005-ci ildə dünyasını dəyişmiş Roma papası II İohan Pavelin xəbərdarlığını diqqətə çatdırmışdı. 

Əlbəttə, Çarnek fikirlərini daha çox səhiyyə sistemi kontekstində bildirmiş və vurğulamışdı ki, Avropanı konstrasepsiyaya əlçatımlılıq və abort, daha dəqiq desək, öldürmək hüququ narahat edirsə, amma doğuş məsələləri önəmli deyilsə, deməli, qitə sivilizasiyasının “ölüm nöqtəsi” yetişib. 

ABŞ yeni administrasiyasının Avropaya qarşı cəbhə açdığını görürük. Rəsmi Vaşinqtonun təmsilçiləri əllərinə keçən hər fürsətdə “Köhnə qitə” dövlətlərinə qarşı demarş xətti götürürlər. Bu, heç də təsadüfi deyil. Məsələ ondadır ki, Avropa və ABŞ birlikdə kollektiv Qərbi təmsil edib. O Qərbi ki, Avropa onun daha çox nəzəri və ideoloji strukturunu müəyyənləşdirib, Birləşmiş Ştatlar isə gücünü. İndi güc sahibləri ideyaya xəyanət yolunun tutulduğunu bildirirlər. Baxın, ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyir ki, Avropanın liderləri öz xalqlarından qorxurlar. Bu deyimdə çox böyük məna çalarları var. 

Bəli, Birləşmiş Ştatlar güc mərkəzi olaraq, həmin gücdən istifadəyə əsas verən parametrlərin sıradan çıxdığına dair həyəcan təbili çalır. Bu, Avropanın, mahiyyətcə, öz funksiyasını yerinə yetirmədiyinin, dəyərlərindən uzaqlaşdığının təsdiqidir. Söhbət hansı dəyərlərdən gedir? İlk növbədə humanist düşüncəni vurğulaya bilərik. Bu düşüncəyə görə, insan bütün varlığın mərkəzində dayanır. Gəlin, görək “köhnə qitə”də məsələyə nə dərəcədə önəm verilir, ümumən önəm verilirmi? Əlbəttə ki, yox! Ona görə də Vens çox haqlıdır. 

Avropa dəyərlərinin nüvəsini təşkil edən ikinci amil rasionallıqdır. Rasionallığa görə, bütün qərarlar zəkaya əsaslanmalıdır. Amma qitədə bunu da görmək mümkünsüzdür. Avropada qərarlar ikili standartlar prizmasından çıxarılır. Zəka, az qala, ən sonda gəlir. Nəticədə ədalətsiz yanaşmaların sanki standarta çevrildiyinin şahidi oluruq. 

***

Avropa ideyasının təməl prinsiplərindən biri də dünyəvilikdir. Yəni, din və siyasətin bir-birindən ayrı olması. Amma bugünkü Avropada mənəvi sistemin deqredasiyası və insan azadlığının amoral interpretasiyası nəticəsində din, bir növ, küncə sıxılıb. Künc isə Vatikandır. Üstəlik, dünyəvi dəyərlərdən imtina tendensiyası bütövlükdə din amilinə qarşı cəbhə müəyyənləşdirir. Bu baxımdan Avropanı başına almış islamofobiyanı göstərə bilərik. İslamofobiya din və siyasətin ayrılığı tezisinə siyasətin dinə qarşı mübarizə seqmentini qazandırıb. Axı bütün dinlərin bir-birinə bağlılıq strukturu var. Ola bilməz ki, İslama hörmətsizlik edən biri xristianlığa ehtiramla yanaşsın. Deməli, Avropanın deqredasiyası həm də bununla bağlıdır. 

Gələk, daha bir prinsipin üzərinə. Söhbət qanuni idarəetmədən gedir. Nəzərə alaq ki, qanuni idarəetmə dünyəvi qanunlar və konstitusiya vastiləsilə ədalət təminatı deməkdir. O zaman düşünək, bugünkü Avropanın ədalət pəncərəsinin vəziyyəti nə yerdədir. Tam əminliklə bildirmək mümkündür ki, o pəncərə, obrazlı desək, sınıq-salxaq durumdadır və içəridə yel əsib, yengələr oynayır. Bu uğultunun qarşısını kəsmək üçün göstərilən xırda-para cəhdlər küləyin içəri daxil olduğu deşiklərə pambıq tixamaq kimi acizlikdən başqa bir şey deyil. Hesab edirik ki, ortada təkcə acizlik yox, eyni zamanda, rəzillik və miskinlik də var. 

***

Avropanın ən yüksək səslə təqdim edilən təməl prinsipləri sırasında demokratiya da var. Demokratiya xalqın iradəsinin məhsulu kimi çıxış edən mühüm seqmentdir. Yəni, xalq hakimiyyətin bütün səviyyələri üçün nümayəndələri dövrü şəkildə seçir. Amma ötən illər ərzində biz Avropanın elə demokratizmə xəyanət yolu tutduğunu gördük. Bu xəyanətdə seçki saxtakarlığı kimi məsələlər qabarıq görünməsə də, xalq elə bir durumdadır ki, onun hakimiyyətlərin formalaşmasında iştirakı amoraldır. Xalq, sanki, instiktiv davranır, siyasi oyunlar üçün alətə çevrilir. Nəticədə Fransada Emmanuel Makron kimi avantürist iqtidar kreslosunda əyləşə bilir. Nəzərə alaq ki, Adolf Hitler də hakimiyyətə demokratik seçki yolu ilə gəlmişdi. Sonra nələr yaşandı, hər kəsə yaxşı bəllidir. Hitler diktatora çevrildi. Bu gün Makron özünü diktator kimi aparmırmı? 

Baxın, ABŞ Prezidenti Donald Tramp Makronun hər zaman dəstək verdiyi Ukrayna Prezidenti Volodimir Zelenskini “diktator” adlandırır, faktiki olaraq, onunla danışıq aparmağın mümkünsüzlüyünü bildirir. Görəsən, necə oldu ki, demokrat Zelenski birdən-birə diktator Zelenskiyə çevrildi? Nə baş verdi ki, güc qismindəki ABŞ ideologiya prizmasındakı Avropanın müəyyənləşdirdiyi xəttin çürüklüyünü bəyan etdi? Axı Trampın üzərində dayandığı çox sadə bir həqiqət var – Ukraynada üç ildir seçki keçirilmir. Keçirilməli deyildimi? Tamam müharibə şəraiti və sair ilaxır, anladıq. Amma, hər bir halda, “Putin diktaturası ilə mübarizə” egidasına köklənmiş Ukraynanın demokratik seçki nümunəsi olmalı idi. Olmadı, deməli, demokratiya heç kəsin nəinki yadına düşmədi, heç ağlının ucundan belə keçmədi. 

Nəhayət, Avropa dəyərlərinin çeynəndiyinin daha bir göstəricisi “Köhnə qitə”nin ideoloji sistemində mühüm prinsip olan insan hüquqları məsələsinə ciddi etinasızlıqdır. Nəzərə baxımdan yanaşsaq, insan hüquqları xalq tərəfindən universal qanunların qəbul edilməsidir. Öz dəyərlərinin ixracında maraqlı olan Qərbin ən böyük səhvi isə insan hüquqlarını qorunmasına yönələn, bu dəyəri dərinləşdirən qanun yaradıcılığına üstünlük verməmək oldu. Yəni, mövcud sahədə nümunəvilik əsas götürülmədi, insan hüquq və azadlıqları ilə manipulyasiyanın üzərində dayanıldı. Hazırda Avropada insan azadlığının ölçüləri deyiləndə geylər və transvestitlər yada düşürsə, bu ideya Avropa İttifaqının müxtəlif layihələri şəklində ixrac olunursa və Avropa evi ideyasındakı müqəddəslik məhz bu cür eybəcər şəkildə təqdim edilirsə, deməli, vəziyyət acınacaqlıdır. İnsan hüquq və azadlıqları məsələsi ayrı-ayrı dövlətlərə təzyiq vasitəsi kimi nəzərdən keçirilirsə, durum faciəvidir. Təəssüf ki, Avropanın, ümumən kollektiv Qərbin beyin mərkəzləri illər ərzində hara getdiklərini düşünməyəcəq qədər iflic vəziyyətə düşdülər. 

***

Bəli, bu gün Tramp Administrasiyası belə hallara qarşı mübarizəyə köklənib. Əlbəttə, birmənalı şəkildə demək olmaz ki, ABŞ-ın yeni rəhbərliyi dünya düzənini tənzimləyəcək. Onu da demək olmaz ki, təkqütblü dünya öz yerini çoxqütblü dünyaya verəcək və beynəlxalq müstəvidə ədalətsizliklərə və özbaşınalıqlara son qoyulacaq. Nə də Birləşmiş Ştatlar dünya hegemonluğundan əl çəkəndir. 

Ukrayna məsələsində ABŞ-ın Rusiyanın tələblərini yerinə yetirməyə hazır kimi göründüyü diqqətdən yayınmır. Avropanın müxtəlif mərkəzlərinin məsələ ilə bağlı ciddi etirazları da həmçinin. Sanki avropalılar Birləşmiş Ştatlara qarşıdırlar. Nəticədə Qərb dünyasının parçalandığına dair təəssürat yaranır. Daha bir təəssürat odur ki, Rusiya müharibədə qələbə qazandı və ABŞ ondan çəkinir. Halbuki, məsələ böyük ölçüdə belə deyil. Əvvəla, Ukrayna müharibəsi Rusiyanı, kifayət qədər, ciddi şəkildə tükətdi. İkincisi, Vaşinqton, daha dəqiq desək, Tramp Administrasiyası hazırkı resurslarla Moskvaya qarşı çıxmağın səmərəsizliyini dərk etdi. 

Bəli, məlum oldu ki, Qərbin SSRİ-ni dağıtmaq üçün formalaşdırdığı sistem nə qədər güclü idisə, Sovetlər Birliyinin süqutundan sonra həmin Qərbin Rusiyanı yox etmək naminə ortaya qoyduğu ideoloji xətt bir o qədər çürükdür. Deməli, Qərb dünyası reabilitasiyaya getməlidir. ABŞ-ın hazırkı rəhbərliyinin tutduğu xətt məhz reabilitasiya xəttidir. Ona görə də Tramp tərəfdarları Avropanı aşağılamaq yolu tuturlar. Vitse-prezident Vensin Münxen Təhlükəsizlik Konfransındakı məzəmmət dolu çıxışı hər şeyi deyir.

Heç şübhəsiz, Zelenskini diktator kimi qələmə verən Birləşmiş Ştatlar bir qədər sonra “köhnə qitə”nin hazırkı liderlik sisteminə də əl gəzdirməyə girişəcək. Makron, Şolts kimi dişsiz və siyasi klounların yerini ciddi, xarizmatik lidelər tutacaq. Axı SSRİ-nin süqutunu həm də Avropanın liderlik institutunun səriştəsi doğurmuşdu. Deməli, əvvəldə fikirlərini diqqətə çatdırdığımız polşalı nazir Pşemıslav Çarnekin narahatlğı əbəs deyilmiş. Avropada yeni avropalılarla yanaşı, “Köhnə qitə”nin dəyərlərinə sadiq yeni liderlər də doğulmalıdır. Elə bir liderlər ki, bütövlükdə Qərb ideoloji xəttinə sadiq olsunlar. Həmin vaxtadək isə Rusiya rahat “nəfəs ala” bilər. Hərçənd, Ukrayna müharibəsi onun üçün də dərs olmalıdır. Ölkə baxış və strategiyasını dəyişməlidir ki, gələcək həmlələrə qarşı duruş gətirə bilsin. Həmlələr isə mütləq olacaq. Olacaq və daha Rusiyanın qarşısına nə makronlar, nə də ona oxşar parabeyinlər çıxacaqlar. 

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see255

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see201

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see171

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see149

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see145

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see133

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri