Icma.az
close
up
RU
Zelenskinin açıqlaması həm də bir taym aut cəhdidir ŞƏRH

Zelenskinin açıqlaması həm də bir taym aut cəhdidir ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

O, diqqəti siyasi rəqabətdən uzaqlaşdırıb yenidən hərbi və diplomatik nəticələrə yönəltməyə çalışır

"Beləliklə, Ukraynanın növbəti siyasi mərhələsi sandıq başında deyil, daha çox döyüş meydanında və diplomatik masada formalaşacaq"

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə növbəti prezident seçkilərində yenidən namizəd olub-olmamaq məsələsinə münasibət bildirib. “Çex Radiosu”na verdiyi müsahibədə o, siyasi gələcəyi ilə bağlı qərarın hazırkı müharibənin gedişi və nəticələri ilə birbaşa əlaqəli olduğunu vurğulayıb. Zelenskinin sözlərinə görə, bu məsələ ilə bağlı qəti mövqe formalaşdırmaq üçün hələ tezdir və prosesin necə yekunlaşacağı həlledici rol oynayacaq. Prezidentin bu açıqlaması Ukraynada davam edən hərbi vəziyyət fonunda siyasi perspektivlərə dair müzakirələri yenidən gündəmə gətirib.

Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bildirib ki, Volodimir Zelenskinin "Çex Radiosu"na verdiyi açıqlama Ukraynanın həm hüquqi, həm də siyasi gələcəyi üçün keçid mərhələsinin anonsu kimi qiymətləndirilməlidir: 

"Hazırda 2026-cı ilin fevral ayına qədər uzadılmış hərbi vəziyyət rejimi Ukrayna Konstitusiyasına və müvafiq qanunvericiliyə əsasən seçkilərin keçirilməsini qadağan edir. Bu, yalnız texniki məhdudiyyət deyil, həm də dövlətin müharibə şəraitində idarəetmə kəsilməzliyini təmin edən mexanizmdir. Zelenskinin qərarını birbaşa cəbhədəki vəziyyətlə əlaqələndirməsi isə onun legitimlik strategiyasını fərqli bir müstəviyə daşıyır.

​Prezident bu gedişlə cəmiyyətə və beynəlxalq tərəfdaşlarına bildirir ki, onun hakimiyyətdə qalması fərdi ambisiya deyil, müharibənin gətirdiyi zərurətdir". 

Politoloq münaqişənin Ukraynanın maraqlarına uyğun sülh və ya atəşkəslə nəticələnərsə, o zaman Zelenski "qalib lider" statusu ilə seçkilərə gedə biləcəyini vurğulayıb:

"Lakin prosesin uzanması və ya cəbhədəki qeyri-müəyyənlik onun siyasi gələcəyini risk altına qoyur. Xüsusilə son dövrlərdə Qərbdən, xüsusən də ABŞ-dan gələn seçki təzyiqləri fonunda, Zelenskinin bu açıqlaması həm də bir "taym-aut" cəhdidir. O, diqqəti siyasi rəqabətdən uzaqlaşdırıb yenidən hərbi və diplomatik nəticələrə yönəltməyə çalışır. Beləliklə, Ukraynanın növbəti siyasi mərhələsi sandıq başında deyil, daha çox döyüş meydanında və diplomatik masada formalaşacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Fevral 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri