Icma.az
close
up
RU
Tayvan böhranı qapıda: VaşinqtonnAsiyadakı müttəfiqlərini Çinə qarşı fəallaşdırır

Tayvan böhranı qapıda: VaşinqtonnAsiyadakı müttəfiqlərini Çinə qarşı fəallaşdırır

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

ABŞ-Çin münasibətləri son illərdə ticarət müharibəsi, yüksək texnoloji rəqabət, Cənubi Çin dənizi və Tayvan ətrafında artan gərginlik fonunda yeni strateji qarşıdurma xəttini formalaşdırır.

2025-ci ildə xüsusilə AUKUS və QUAD kimi hərbi-siyasi alyansların fəallaşması, ABŞ-nin regionda müttəfiqlərlə koordinasiyasını gücləndirməsi və paralel olaraq Pekinin iqtisadi, diplomatik və hərbi vasitələrlə regional ekspansiya siyasətini dərinləşdirməsi qlobal nizam üçün əlavə risklər yaradır. Bu proses yalnız iki böyük güc arasında rəqabətin sərtləşməsi ilə məhdudlaşmır, həm də Asiya-Sakit okean məkanında təhlükəsizlik arxitekturasının yenidən formalaşmasına səbəb olur.

Region ölkələri ABŞ və Çin arasında balans yaratmaq üçün yeni siyasi mövqe axtarışına çıxır, strateji tərəfdaşlıqların məzmunu dəyişir və qarşıdakı illərdə güc balansının daha da dəyişəcəyi proqnozlaşdırılır.

Nəticədə, ABŞ-Çin rəqabətinin yeni mərhələsi təkcə ikitərəfli münasibətlərin sərtləşməsi deyil, həm də qlobal güc düzəninin, regional təhlükəsizlik mexanizmlərinin və strateji ittifaqların yenidən şəkillənməsi deməkdir.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Aqşin Kərimov bildirib ki, qlobal güc balansında ABŞ-Çin münasibətlərində hazırda sövdələşmə elementləri daha çox görünür:

"Tərəflər bu sövdələşmələrdən və onların icrasından irəli gələn nəticələri əldə etdikdən sonra yeni rəqabət meydanında bir-birilərinə qarşı mübarizəni davam etdirəcəklər. Bunun mahiyyəti ondan ibarətdir ki, ABŞ özünün qlobal hegemoniyasını yenidən fərqli şəkildə tərtib edir. Həmin prosesdə Çinlə danışıqlara üstünlük verilməsi, Rusiya ilə münasibətlərin tənzimlənməsi prioritet kimi görünməkdədir. Ancaq bu, ABŞ-nin öz strateji mövqeyindən geri çəkiləcəyi anlamına gəlmir. Hazırda Vaşinqtonun strategiyası ondan ibarətdir ki, Asiyadakı müttəfiqlərini Çinə qarşı fəallaşdırır. Özü isə kənardan bu prosesi idarə edir və ya ən azı nəzarəti əlində saxlayır. Bu, ABŞ-nin Çinin nəbzini yoxlamaq üçün irəli sürdüyü bir ideya kimi də qiymətləndirilə bilər. Bu yanaşmanın nəticələrinin formasından asılı olaraq Vaşinqton növbəti mərhələ üçün strategiya hazırlayacaq".

Aqşin Kərimov: ABŞ-Çin münasibətlərində sövdələşmə elementləri daha çox görünür

Analitik əlavə edib ki, daha sonrakı mərhələdə ABŞ-nin Çinlə münasibətlərdə Tayvan məsələsini əsas müzakirə predmetinə gətirəcəyi gözləniləndir. Dediyinə görə, Çin isə Asiya regionunda kifayət qədər güclüdür və onun Tayvana mümkün hərbi müdaxilə imkanları getdikcə daha geniş müzakirə olunur:

“Bütün bunların fonunda ABŞ həm Çinlə əməkdaşlıq modeli axtarır, həm də onun ambisiyalarını məhdudlaşdırmağa yönəlmiş ideyalarını inkişaf etdirir".

Aynur Babazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri