Icma.az
close
up
RU
Tayvan müdafiə xərclətini kəskin artırır və Çinlə savaşa hazırlaşır“ “The Washington Post“

Tayvan müdafiə xərclətini kəskin artırır və Çinlə savaşa hazırlaşır“ “The Washington Post“

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Kim Tayvanı ayırmağa cəhd edərsə, qanı axacaq və başını divara vuracaq..."

Tayvan prezidenti Lay Çin-de noyabrın 26-da keçirdiyi mətbuat konfransında bəyan edib ki, Çin tərəfdən real təhlükə səbəbindən Tayvan öz müdafiə xərclərini kəskin surətdə artırır.

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.

Gərginlik, büdcə və qarşıdurma ssenariləri

Tayvanda təhlükəsizliklə bağlı qərarlar artıq təkcə regional deyil, qlobal siyasi gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Tszinpin arasında baş tutan son telefon danışığından sonra Tayvan rəhbərliyi müdafiə xərcini rekord səviyyəyə qaldırmaq qərarına gəlib.

Tayvan prezidenti Lay Çin-de
noyabrın 26-da keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə ən geci 2027-ci ilə qədər müharibəyə tam hazır olmalıdır. Onun sözlərinə görə, Çin hökuməti adanı güc yolu ilə ələ keçirmək üçün hərbi hazırlığı sürətləndirir və Pekinin siyasətində əvvəlki illərə nisbətən daha aqressiv ton müşahidə olunur.

Bu fonunda Tayvan hökuməti 40 milyard dollarlıq əlavə "xüsusi" müdafiə büdcəsi təsdiqləyib. Ümumi müdafiə xərcləri artıq iki dəfə artaraq ÜDM-in 3,3 faizinə çatıb, 2030-cu ilə qədər isə bu göstəricinin 5 faizə yüksəldilməsi planlaşdırılır. Lay bildirib ki, bu, Tayvan tarixində təhlükəsizliyə ayrılan ən sabit və məqsədyönlü investisiya olacaq.

Yeni paket raketlərin, zərbə dronlarının, HHM sistemlərinin alınması, süni intellekt əsaslı hərbi platformaların yaradılması və ABŞ ilə hərbi-texnoloji əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

Gələcək müharibə ssenariləri və siyasi mesajlar

Pekin Tayvana "bir ölkə - iki sistem" modelini təklif etsə də, adadakı aparıcı siyasi qüvvələr bu konsepsiyanı qətiyyətlə rədd edir. ABŞ rəsmi olaraq status məsələsində neytral mövqedə qalsa da, hər hansı zorakı ilhaqa qarşı çıxır. Eyni zamanda Tramp administrasiyasının Tayvan uğrunda birbaşa müharibəyə hazır olub-olmadığı sualı açıq qalır.

Lay Çin-de mətbuat konfransında ABŞ-la münasibətləri "sarsılmaz" adlandırıb və xəbərdarlıq edib: "Təcavüz qarşısında kompromis müharibəni dayandırmır, onu yaxınlaşdırır". Onun sözlərinə görə, ən təhlükəli ssenari Çin ordusunun hücumu deyil, Tayvanın təslim olmasıdır.

"The Washington Post" üçün yazdığı məqalədə o, Tayvanın "yenilməz ada modeli" qurduğunu açıqlayıb. Buraya çoxsəviyyəli "T-Dome" müdafiə sistemi, kibertəhlükəsizlik sahəsində yeni mexanizmlər, dron əleyhinə qurğular və asimmetrik hərbi balans daxildir.

Lay həmçinin qeyd edib ki, ölkə daxili koordinasiyanı da gücləndirib: ötən il yaradılan milli müdafiə dayanıqlığı komitəsi dövlət strukturlarını, ordunu və vətəndaş cəmiyyətini vahid sistemdə birləşdirir.

Regiondakı gərginlik və kəşfiyyat xəbərdarlıqları

Asiya kəşfiyyat qurumlarının məlumatına görə, Çin Tayvana mümkün hücumu artıq 2026-2027-ci illər üçün planlaşdıra bilər. Analitiklər bildirir ki, Pekin xüsusilə ABŞ-da daxili siyasi qarışıqlığın yarana biləcəyi dövrü gözləyir.

Son aylar Çin ordusu Tayvan ətrafında rekord sayda uçuşlar və iki günlük hərbi dəniz təlimləri keçirib. Çin XİN-i sərt bəyanatlarla çıxış edərək bildirib: "Kim Tayvanı ayırmağa cəhd edərsə, qanı axacaq və başını divara vuracaq".

Tayvan hazırda seçimini edib: kompromis yox, deterensiya; gözləmə yox, hazırlıq. Adanın rəhbərliyi bunun təkcə Tayvanın deyil, bütün Hind-Sakit okean regionunun təhlükəsizlik arxitekturası üçün yeni mərhələnin başlanğıcı olduğunu bildirir. Lay Çin-de vurğulayır: "Biz sülh istəyirik. Amma gələcəyimizi qorumaq üçün ən qətiyyətli tərəf biz olmalıyıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Noyabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri