Tayvanda Çampi qasırğası ciddi dağıntılar törədib
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tayvanda "Çampi" qasırğası 1 nəfərin ölümünə, 179 nəfərin yaralanmasına səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət qurumları məlumat yayıb.
Məlumatda həmçinin, təbii fəlakət üzündən əsasən dağlıq rayonlardan 2639 nəfərin təxliyə edildiyi, 77 min evin işıqsız qaldığı da bildirilir. Son məlumatlara görə, onların bir hissəsində elektrik enerjisinin verilişi bərpa olunub.
Güclü külək və leysan yağışlar üzündən məktəblər bağlanıb, ofislər və nəqliyyatın hərəkəti dayandırılıb. Tayvan Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə qasırğanın mərkəzində küləyin sürəti 220 km/saat təşkil edib. 262 daxili, 717 beynəlxalq təyyarə reysi ləğv olunub.
Qeyd edək ki, "Çampi" Tayvanın şimalına doğru hərəkətdədir. Bir meddət sonra onun Çin ərazisinə keçəcəyi, oradan isə Yaponiyanın cənubuna doğru hərəkəti proqnozlaşdırılır.
L.Tağıyeva
Baxış sayı:100
Bu xəbər 23 Oktyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















