Çampi qasırğası Filippinə yaxınlaşır
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
"Çampi" qasırğası yaxın günlərdə Filippin, Çin və Yaponiyaya şiddətli leysan yağışları və güclü küləklər gətirəcək.
Bu barədə Asiya mediası məlumat yayıb.
Qeyd olunub ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, çərşənbə günü səhər saatlarına olan vəziyyətə əsasən, "Çampi" saatda 25 km sürətlə şimal-qərb istiqamətində hərəkət edib və Filippinin şərq sahillərindən təxminən 1000 km məsafədə yerləşib. Yapon meteoroloqlarına görə, maksimal dayanıqlı küləyin sürəti saatda 290 km-ə çatıb.
ABŞ-nin Birləşmiş Tayfun Xəbərdarlığı Mərkəzinin məlumatına görə, fırtına Filippinin şimal hissəsi boyunca keçəcək və cümə günü Tayvana yaxınlaşacaq.
Baxış sayı:130
Bu xəbər 21 Oktyabr 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















