Tbilisidə azərbaycanlılara qarşı qrup halında zorakılıq təşkil edən qadın HƏBS OLUNDU
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tbilisidə supermarketdə çalışan iki azərbaycanlı gəncə qarşı qrup halında zorakılığın təşkilində və ona rəhbərlik etməkdə ittiham olunan Manana Giorqobiani barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.
Vəkilinin sözlərinə görə, Giorqobiani üçün psixoloji və psixiatrik ekspertiza təyin edilib. O, saxlanılandan sonra psixiatriya müəssisəsinə aparılıb və oradan da məhkəməyə gətirilib. Müdafiə tərəfi Giorqobiani barəsində 5 min lari məbləğində girov qətimkan tədbirinin seçilməsini tələb edib.
Gürcüstanın Baş Prokurorluğunun məlumatına əsasən, Giorqobiani mağaza əməkdaşlarından pul tələb edib, imtina alandan sonra özünü aqressiv aparıb. O, supermarket işçilərini təhqir edib, onlardan birinə fiziki zor tətbiq edib və hər ikisini ölümlə hədələyib. Mağazanı tərk edəndən sonra o, qrup halında zorakılıq təşkil edib.
Faktla bağlı saxlanılmış digər 5 nəfər qrup halında zorakılıqda iştirakda ittiham olunur. Onlardan birinin yaşayış evinin zirzəmisində saxlanılan və qanunsuz əldə edilmiş iki ədəd “Kalaşnikov” avtomatı və 110 ədəd patron götürülüb. Həmin şəxslərin də məhkəməsi bu gün keçiriləcək.
Törədilmiş cinayət əməlinə görə 9 ilədək həbs cəzası nəzərdə tutulur.
Qeyd edək ki, hadisə noyabrın 2-də gecə saatlarında baş verib. Zorakılığa məruz qalmış 19 və 21 yaşlı gənclər Dmanisi və Qaraçöp bölgəsindəndir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 07 Noyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















