Tbilisidə keçirilən aksiyada 13 nəfər saxlanılıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 19-da Tbilisidə keçirilən aksiyada 13 iştirakçı inzibati qaydada saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata görə, saxlanılan şəxslər polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıblar və hüquq-mühafizə orqanı nümayəndələrini təhqir ediblər.
DİN vətəndaşları qanuna zidd əməllərdən çəkinməyə çağırıb, əks halda qanun çərçivəsində müvafiq tədbirlərin görüləcəyini bildirib.
Qeyd edək ki, aksiya ötən gün həbsindən bir il ötən Mate Devidzeyə dəstək məqsədi daşıyıb. Polis əməkdaşına hücumda ittiham olunan 21 yaşlı gənc bu ilin iyununda 4 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:Tbilisidə keçirilən aksiyada 50 nəfər saxlanılıb
01 Dekabr 2024 14:00
Tbilisidə keçirilən aksiyada 50 nəfər saxlanıldı
01 Dekabr 2024 13:25
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb
30 Noyabr 2024 10:17
Tbilisidə keçirilən etiraz aksiyasında 107 nəfər saxlanılıb
30 Noyabr 2024 11:35
Tbilisidə keçirilən aksiyalarla əlaqədar 50 nəfər saxlanılıb
01 Dekabr 2024 13:41
Baxış sayı:96
Bu xəbər 20 Noyabr 2025 06:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















