Icma.az
close
up
RU
Tbilisidə keçirilən etiraz aksiyasında 107 nəfər saxlanılıb

Tbilisidə keçirilən etiraz aksiyasında 107 nəfər saxlanılıb

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polis Tbilisinin mərkəzində Gürcüstan hakimiyyətinin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları təxirə salmaq qərarı ilə razılaşmayan 107 nəfəri etiraz aksiyasında saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

Bildirilir ki, noyabrın 29-da saat 19:00 radələrində paytaxtda etiraz aksiyası yenidən başlayıb. Müxalifət, onların fəalları və sadə vətəndaşlar Gürcüstan hakimiyyətinin noyabrın 28-də ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq qərarına etiraz edirlər.

“Daxili İşlər Nazirliyinin çoxsaylı çağırışlarına baxmayaraq, Rustaveli prospektində parlament binası yaxınlığında keçirilən aksiyada etirazçılar dəfələrlə mitinq və nümayişlər haqqında qanunla müəyyən edilmiş həddi aşıblar”, – deyə Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 107 etirazçının hamısı xırda xuliqanlıq və polisin əmrinə tabe olmadıqları üçün inzibati qaydada saxlanılıb. İdarənin məlumatına görə, aksiya iştirakçıları gecə boyu polis əməkdaşlarını təhqir edib və onlarla toqquşmaya səbəb olublar.

“Rustaveli prospektində yerləşən şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar, daşlar, pirotexniki vasitələr, şüşə butulkalar və dəmir əşyalar atıblar”, - deyə məlumatda bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazçıların hərəkətləri nəticəsində on polis əməkdaşı xəsarət alıb, onlardan biri yanıq xəsarətləri ilə klinikaya yerləşdirilib.

Daxili İşlər Nazirliyi qeyd edir ki, etirazçılar Rustaveli prospektində infrastruktura, parlamentin ətrafındakı şlaqbaumlara, parlamentin darvazalarına ziyan vurub, müxtəlif obyektlərə və əşyalara od vurub, həmçinin barrikadalar qurub, müşahidə kameralarını zədələyiblər. Rustaveli prospektində etiraz aksiyası gecə boyu davam edib. Hazırda Rustaveli prospektində nəqliyyatın hərəkəti bərpa olunub.

Aksiya zamanı müxalif “TV Pirveli” telekanalının jurnalisti Mariam Qaprindaşvili də yaralanıb. O, beyin silkələnməsi diaqnozu ilə klinikaya aparılıb. Telekanal onun təhlükəsizlik qüvvələri tərəfindən təzyiqə mruz qaldığını iddia edir.

Hakimiyyətin qərarına gəlincə, Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, bu qərar ona görədir ki, Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq məsələsi Gürcüstanı şantaj etmək üçün alət kimi istifadə olunur, necə ki, bu ölkəyə Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı baş vermişdi. Onun sözlərinə görə, Gürcüstan porosesi dayandırmır və assosiativ sazişin gündəliyində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyə davam edəcək.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Noyabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri