Tbilisidə polis parlamentin qarşısındakı meydanı etirazçılardan təmizləməyə başlayıb
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə parlament binası qarşısındakı meydanı təmizləməyə başlayıb.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi texnika Azadlıq meydanından, parlamentdən bir qədər aralıda, eləcə də 9 Aprel küçəsindən etirazçılara doğru hərəkət edib.
Nümayişçilər sakitcə geri çəkilib və Rustaveli prospekti ilə yuxarı qalxıblar. Eyni zamanda, Daxili İşlər Nazirliyinin nümayəndələri səsgücləndiricidən istifadə edərək aksiya iştirakçılarından dağılmağı tələb edib, əks halda onlara qarşı bütün qanuni vasitələrdən istifadə edəcəkləri ilə hədələyiblər.
Nümayişçilər Rustaveli prospektinin üstündə dayanıblar. Etirazçılardan bəziləri dağılışıb. Xüsusi təyinatlılar irəliləməyi dayandırıb və vaxtaşırı su şırnağından istifadə edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 02 Dekabr 2024 02:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















