Tbilisidə xüsusi təyinatlılar parlamentin qarşısındakı meydanı etirazçılardan təmizləyib FOTO VİDEO YENİLƏNİB3
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xüsusi təyinatlılar Tbilisidə parlamentin qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyiblər.
APA xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
***
00:56
Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiya qanundan kənara çıxıb, nümayişçilər infrastruktura ziyan vurur.
APA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, polis vəziyyəti stabilləşdirmək üçün xüsusi vasitələrdən istifadə edib.
Daxili İşlər Nazirliyi vətəndaşları hüquq-mühafizə orqanları əməkdaşlarının göstəriş və tələblərinə tabe olmağa çağırır, əks halda qanuni tədbirlər görüləcək.
***
23:19
Tbilisidə polis parlament binası qarşısında keçirilən aksiyaya müdaxilə etməyə başlayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, xüsusi təyinatlı polis qüvvələri etirazçılara qarşı su şırnağından istifadə etməyə başlayıb.
Etirazçılar polisin xəbərdarlığına baxmayaraq ərazini tərk etməyiblər.
***
22:44
Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə keçirilən aksiyada Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı yaralanıb.
APA xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.
“Aksiya iştirakçıları işıq dirəklərini və digər avadanlıqlara zərər verib, həmçinin elektrik naqillərini yandırıblar. Polisə naməlum əşyalar atılıb, bir polis yaralanıb”, - məlumatda deyilir.
***
20:05
Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.
APA-nın Tbilisi müxbri xəbər verir ki, Rustaveli prospektini bağlayan etirazçılar hakim partiya əleyhinə müxtəlif şüarlar səsləndirirlər.
Ərazidə gərginlik hökm sürür.
Qanunverici orqanın ətrafına çox sayda xüsusi təyinatlı polis dəstələri, eləcə də su şırnağı maşınları cəlb edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 30 Noyabr 2024 02:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















