Tbilisidə Prezident sarayına hücum işində saxlanılanların sayı 62 yə çatıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Oktyabrın 4-də Tbilisidə Gürcüstan Prezidentinin sarayı qarşısında iğtişaşlar törətmiş daha 16 nəfər saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Geka Geladze brifinqdə bildirib.
Bununla da etiraz aksiyasının təşkilatçıları və iştirakçıları da daxil olmaqla, bu günədək saxlanılanların sayı 62-yə yüksəlib.
Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkilərinə paralel olaraq Tbilisinin Azadlıq meydanında məqsədi dinc inqilab olan aksiya keçirilib. Etirazçılar daha sonra Prezident sarayına basqın etməyə çalışıblar.

Tbilisidə etirazçılar prezident sarayına doğru irəliləyirlər...
04 Oktyabr 2025 19:27
Tbilisidə prezident sarayına hücumun təşkilatçıları həbs olundu
07 Oktyabr 2025 17:51
Tbilisidə müxalifətin mitinqi başa çatıb
20 Noyabr 2024 10:09
Tbilisidə etiraz aksiyası toqquşmasız başa çatıb
06 Dekabr 2024 04:57

