Icma.az
close
up
RU
TBNM Assosiasiyasının yeni baş katibi Azərbaycandan nümayəndə ola bilər

TBNM Assosiasiyasının yeni baş katibi Azərbaycandan nümayəndə ola bilər

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM, Orta Dəhliz) Beynəlxalq Assosiasiyasının baş katibi dəyişib.


Missiya.Az xəbər verir ki, bu barədə “Report”a qurumun keçmiş baş katibi Qaydar Abdikərimov məlumat verib. Hazırda o, nəqliyyat, logistika və beynəlxalq nəqliyyat dəhlizləri sahəsində böyük sertifikatlı ekspert kimi fəaliyyət göstərir.

Onun sözlərinə görə, hazırda TBNM-nin baş katibi vəzifəsini Nurgül Jakupova icra edir.

“Baş katib üç il müddətinə seçilir və hər dəfə onun namizədliyi TBNM-in İdarə Heyəti tərəfindən təsdiqlənir. Bu ilin may ayında baş katib vəzifəsinə yeni seçkilərin keçiriləcəyi gözlənilir. Bu vəzifəyə Azərbaycan nümayəndəsinin təyin olunması ehtimalı yüksəkdir. Buna baxmayaraq təşkilatın qərargahı həmişə Astanada yerləşəcək, çünki bu, nizamnamədə və əldə olunmuş razılaşmalarda nəzərdə tutulub”, - Q. Abdikərimov deyib.

Xatırladaq ki, TBNM Beynəlxalq Assosiasiyası 2017-ci ildə baş ofisi Astanada olmaqla yaradılıb. Assosiasiya TBNM ilə yüklərin daşınmasının bütün iştirakçılarının qarşılıqlı fəaliyyətini əlaqələndirmək üçün yaradılıb.

Hazırda TBNM Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasına “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, “Qazaxıstan Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze, “Aktau Dəniz Ticarət Limanı” SC-nin prezidenti Abay Turikpenbayev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin baş direktoru Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin direktoru Taleh Ziyadov, “TCDD Taşımacılık A.Ş.”nin baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın və “Ukrayna Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Oleksandr Pertsovski daxildir.

Assosiasiya zəruri informasiya dəstəyini təmin edir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin yaradılmasına kömək edir və müxtəlif ölkələrdən, o cümlədən coğrafi cəhətdən birbaşa TBNM-də yerləşməyən iştirakçılar üçün maksimum səmərəliliyi təmin edir.

TBNM Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çin və Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir. 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə 5,2 milyon ton daşınma proqnozlaşdırılır ki, bunun da 4,2 milyon tonu TBNM-ə üzv ölkələrdən keçəcək. Bu həcmdə 2,5 milyon ton quru yük (96 min TEU), 1,7 milyon ton isə neft olacaq. 2027-ci ilə qədər marşrutun gücü 10 milyon tona çata bilər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://missiya.az
archiveBu xəbər 16 Aprel 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri