Beynəlxalq Hakimlər Assosiasiyasının nümayəndə heyəti Ali Məhkəmədə olub
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin oktyabrın 15-də Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
Gununsesi.info xəbər verir ki, qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verib, hüquqi dövlət quruculuğu ahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Görüşdə Azərbaycanda müasir və müstəqil məhkəmə sisteminin inkişafının, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər. Nümayəndə heyəti Azərbaycanda məhkəmə sistemində son illərdə aparılan islahatları yüksək qiymətləndirib.
Firuzə
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 16 Oktyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















