TDT baş katibi: Saziş Cənubi Qafqaz regionunda davamlı sülh yolunda mühüm mərhələdir
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişi Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülhün, sabitliyin və rifahın bərqərar olunması yolunda mühüm mərhələdir".
Oxu.Az-ın verdiyi məlumata görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev özünün "X" hesabındakı paylaşımında bəyan edib.
O, bunu tarixi hadisə adlandırıb:
"Mən 2025-ci il 8 avqust tarixində ABŞ-nin Vaşinqton şəhərində keçirilən görüşün nəticələri üzrə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası baş nazirinin imzaladığı Birgə Bəyannaməni, eləcə də ABŞ Prezidentinin şahid qismində imzasını alqışlayıram.
Azərbaycan ilə Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Sazişin razılaşdırılmış mətninin paraflanmasını və hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk prosesi və ona aid qurumların bağlanması barədə ATƏT-ə ünvanlanan birgə müraciətin imzalanmasını qətiyyətlə dəstəkləyirəm", - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 09 Avqust 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















