Icma.az
close
up
RU
TDT nın inkişafında Azərbaycanın təşəbbüsləri mühüm rol oynayır

TDT nın inkişafında Azərbaycanın təşəbbüsləri mühüm rol oynayır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycannın beynəlxalq siyasətində Türk dövlətləri ilə əməkdaşlığa verilən xüsusi önəm onun strateji xəttinin əsas istiqamətlərindən birini təşkil edir. Sirr deyil ki, Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq aləmdə nüfuzlu platforma kimi möhkəmlənib. Bu da təsadüfi deyil. Təşkilat İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan kimi liderlərin təşəbbüsləri və güclü siyasi iradəsi sayəsində qlobal müstəvidə qəbul edilən, regional sabitlik və əməkdaşlığı təşviq edən mühüm mexanizmə çevrilib.

Siyasi, iqtisadi, enerji, nəqliyyat və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişlənməsi Türk dünyasında inteqrasiyanın sürətlənməsinə xidmət edir. Bu prosesdə fəal mövqe tutan Azərbaycan təşkilat çərçivəsində üzv dövlətlər arasında birlik və həmrəyliyin daha da güclənməsinə mühüm töhfə verir.

Təşkilat tədbirlərinin mütəmadi olaraq Azərbaycanda keçirilməsi ölkəmizin bu qurum daxilində artan rolunu bir daha təsdiqləyir. Üzv dövlətlərin hökumət başçılarının Bakıda bir araya gəlməsi və Prezident İlham Əliyev tərəfindən qəbul olunması Azərbaycanın təşkilat daxilində əlaqələndirici və aparıcı mərkəzə çevrildiyini aydın şəkildə göstərir.

Qəbul zamanı ölkə başçısının səsləndirdiyi fikirlər kifayət qədər aydın və prinsipial xarakter daşıyırdı. İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına həm keçmişdə, həm də bu gün mühüm töhfələr verib. Bu istiqamətin Azərbaycanın xarici siyasətində prioritet yer tutduğunu bildirən Prezident dedi ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa alternativimiz yoxdur. Bu ailənin gələcəyə uğurla aparılması üçün birgə səylərin gücləndirilməsinin son dərəcə vacib və zəruri olduğunu söyləyən Prezident iftixarla qeyd etdi ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanıb.

Prezident İlham Əliyev vurğuladı ki, Türk Dövlətləri Təşkilatı üzv ölkələri etnik, tarixi, iqtisadi və geosiyasi sahələrdə birləşdirir. Təşkilatın inkişafında Zirvə görüşləri, qeyri-rəsmi toplantılar və Azərbaycanın təşəbbüsləri mühüm rol oynayır. Qarabağın bərpası, investisiya fondları və regional infrastruktur layihələri qardaş ölkələrin dəstəyi ilə həyata keçirilir. Nəqliyyat və tranzit sahəsində Orta Dəhliz, Zəngəzur dəhlizi və digər layihələr regional əlaqələri gücləndirir. Prezident bir daha qeyd etdi ki, Azərbaycanın təşəbbüsləri və investisiyaları bu prosesdə lider mövqe tutur.  Çünki Azərbaycan bütün varlığı ilə Türk Dövlətləri Təşkilatının qüdrətlənməsinə çalışır və qurumun qlobal hədəflərinə töhfələr verir. Müasir dövrdə türk dövlətlərinin birliyinin güclənməsi zəruridir. Prezident İlham Əliyev mühim mesaj verərək bildirdi ki, türk ölkələri bir-birinin yanında olmalıdır. Təhdidlər və münaqişələr fonunda birliyimiz nicatımızdır. Türk Dövlətləri Birliyinin güclənməsi isə yalnız inkişafa xidmət edir və böyük Atatürk demişkən, məqsəd həm də yurda sülh, cahana sülhdür!

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri