Icma.az
close
up
RU
TDT nin vahid maliyyə institutu

TDT nin vahid maliyyə institutu

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Türk dövlətlərinin Mərkəzi Bankları Şurasının toplantısında yeni strateji prioritetlər müəyyənləşib

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Mərkəzi Bankları Şurasının növbəti toplantısında qlobal çağırışlar müstəvisində makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, monetar siyasətin ötürücülüyünün təkmilləşdirilməsi, həmçinin rəqəmsal transformasiya dövründə maliyyə texnologiyalarının inkişafı istiqamətində bank sektorunun fəaliyyəti müzakirə olunub. Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının nümayəndə heyətləri iştirak edib.

TDT Mərkəzi Bankları Şurasının iştirakçılarını qəbul edən Azərbaycanın baş naziri Əli Əsədov bu mötəbər tədbirin türk dövlətlərinə üzv ölkələrin maliyyə sektorları arasında əməkdaşlığın gücləndirilməsinə, bu prosesdə mərkəzi bankların rolunun artırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib. TDT-yə üzv dövlətlər arasında qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyi xatırladılıb. Azərbaycanda maliyyə-bank sektorunun modernləşdirilməsi məqsədilə həyata keçirilən ardıcıl islahatlar, maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması və bank sisteminin sabitliyinin gücləndirilməsi sahəsində əldə olunan nəticələrə toxunulub.

Vahid ödəniş sisteminin yaradılmasına doğru

Xatırladaq ki, TDT ölkələri arasında maliyyə əlaqələndiricisi funksiyasını yerinə yetirmək məqsəilə 2024-cü ildə Mərkəzi Banklar Şurası təsis edilib. Şuranın başlıca hədəfi TDT ölkələrinin Mərkəzi Bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqəndirilməsidır. Təşkilatın ilk toplantısı ötən il Qazaxıstanın Astana şəhərində keçirilib. Tərəflər monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlığın gücləndirilməsi, birgə məsləhətləşmələrin təşviqi ilə bağlı anlaşma əldə edib.

Bakı toplantısında isə qarşıya qoyulmuş hədəflərin müasir çağırışlar fonunda daha da inkişaf etdirilməsinə xüsusi diqqət çəkilib. Xüsusilə də TDT üzvləri arasında rəqəmsal ödəniş arxitekturasının qurulması və vahid ödəniş sisteminin fəaliyyətinin təmin olunması barədə təkliflər müsbət qarşılanıb.

Mərkəzi Bankın sədri Taleh Kazımov toplantının Şuranın fəaliyyətində növbəti mühüm səhifə olmaqla regionumuzda daha inteqrasiya olunmuş, innovativ və dayanıqlı maliyyə ekosisteminin formalaşmasına mühüm töhfə verəcəyinə dair inamını ifadə edib. Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində iqtisadi, ticarət, investisiya, nəqliyyat, enerji, maliyyə, humanitar və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Türk İnvestisiya Fondu regional maliyyə instituna çevrilir

Çıxış edən natiqlər TDT çərçivəsində maliyyə-bank sahəsində əməkdaşlığın inkişaf perspektivləri barədə  yeni təşəbbüslər irəli sürüb. Əsas prioritetlərdən biri kimi ölkələr arasında maliyyə bağlantılarını təşviq edən sərmayə layihələrinə diqqətin artırılması, bu istiqamətdə dövlətlə yanaşı, özəl qurumların da rolunun

Artırılmasının vacibliyinə toxunulub. Eyni zamanda, türk dövlətlərinin ortaq maliyyə strukturu olan Türk İnvestisiya Fondunun özəl bank sistemlərinə inteqrasiyası da vacib məsələ kimi xatırladılıb. Xatırladaq ki, Fond hazırda türk ölkələrinin iqtisadiyyatında aktiv səhmdar kimi çıxış edir. Azərbaycan, Qazaxıstan, Qırğızstan, Türkiyə və Özbəkistan tərəfindən təsis edilmiş fond türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Üzv ölkələrin üzvılük haqqı, investisya ayırmaları, əsas kapital və əlavə maliyyə alətlərindən formalaşacan Fondun nizamnamə kapitalı ilkin mərhələdə  500 milyon dollar müəyyən edilib, kapital fondu hər biri nominal dəyəri 50 min dollara bərabər 10 min paya bölünüb ki, burada hər üzv ölkənin limitə uyğun payı vardır. Bundan başqa, Fondun nizamnamə kapitalı ödənilmiş paylara və yenidən çağrıla bilən, yəni cəlb edilən paylara bölünüb ki, ümumi nominal dəyər 350 milyon dollar təşkil edir. Əlavə maliyyələşmədə ölkələr üzrə ümumi nominal dəyər isə 150 milyon dollardır. Gələcəkdə, Fondun maliyyə portfelinin daha da artırlaraq 1 milyard dolları ötəcəyi istisna olunmur.

Azərbaycan və Macarıstan arasında anlaşma

Ümumiyyətlə, toplantıda səslənən fikirlərdən də aydın olur ki, TDT ölkələrinin Mərkəzi Banklar Şurasının fəaliyyət istiqamətləri olduqca genişdir və sərmayələrin təşviqi üçün bütün maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici missiyanı yerinə yetirmək niyyətindədir. Belə ki, türk dövlətləri ərazisində investisiya qoyulan layihələrdə aparıcı sənaye tərəfdaşlığının qurulması, bank kapitallarında payların və səhm paketlərinin, həmçinin həmin subyektlərin istiqrazlarını və digər qiymətli kağızların əldə edilməsi, kreditlərin ayrılması və qiymətli kağızların buraxılışı kimi alətlərə çıxış imkanları yaradılmış olur ki, bu da vahid maliyyə institutu funksiyasının formalaşdırılması deməkdir.

Toplantı çərçivəsində Azərbaycanın Mərkəzi Bankı ilə Macarıstan Mərkəzi Bankı (MMB) arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində qarşılıqlı məlumat mübadilələri aparılacaq. Görüşlər, seminarlar, təcrübə mübadilələri, təlim proqramları və işgüzar səfərlər vasitəsilə texniki əməkdaşlıq məsələlərini nəzərdə tutur.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 İyun 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see285

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see280

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see239

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see230

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see217

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see216

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see212

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see212

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see208

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see207

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see200

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see197

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see190

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see186

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see180

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see174

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see173

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see164

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see161

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri