Icma.az
close
up
RU
TDT “vahid güc” çevrəsində

TDT “vahid güc” çevrəsində

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin birgə hərbi təlim təklifi regional təhlükəsizliyin yeni mərhələsidir

Qloballaşan dünyada təhlükəsizlik və müdafiə məsələləri təkcə ayrı- ayrı regionlar üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün həlledici amilə çevrilib. Müasir çağırışlar göstərir ki, ölkələr arasında əməkdaşlıq nə qədər genişlənirsə, təhlükəsizlik də bir o qədər möhkəmlənir. Xüsusilə uzun illər münaqişələrdən əziyyət çəkmiş bölgələrdə bu məsələ daha kəskin şəkildə hiss olunur.

Son illər regional güc mərkəzlərinin təşəbbüsləri göstərir ki, iqtisadi inkişafın təməlində dayanan əsas faktor məhz sabitlikdir. Bu sabitliyin qorunması isə hərbi, siyasi və hüquqi mexanizmlərin paralel fəaliyyətini tələb edir. Dünyada artan geosiyasi gərginliklər, sərhəd mübahisələri və yeni münaqişə riskləri bir çox dövlətləri müdafiə və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığa sövq edir. Ölkələr arasında etimad mühitinin gücləndirilməsi, ortaq təhdidlərə qarşı vahid mövqedən çıxış edilməsi bu gün, sadəcə, xoşniyyətli bəyanatlar deyil, zəruri tələbat kimi dəyərləndirilir. Belə bir şəraitdə müttəfiqlərin birgə hərbi təlimlərə, müdafiə və texniki əməkdaşlığa üstünlük verməsi həm sabitliyin möhkəmlənməsinə, həm də gələcək risklərin qarşısının alınmasına xidmət edir. Məhz bu baxış bucağından yanaşdıqda Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsü diqqətçəkici addım kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyev bu təşəbbüsü TDT Dövlət Başçıları Şurasının 2025-ci il oktyabrın 7-də Qəbələdə keçirilən 12-ci Zirvə görüşü zamanı irəli sürüb. Dövlətimizin başçısı deyib: “Hörmətli həmkarlar, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”.

Dövlət başçımız qeyd edib ki, çağdaş dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. Məsələyə bu rakursdan yanaşanda İlham Əliyevin TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsü təkcə texniki təklif deyil, həm də strateji vizyonun göstəricisi kimi dəyərləndirilə bilər. Qəbələdə səslənən bu çağırış bölgədə sülh və təhlükəsizlik anlayışına yeni praqmatik məzmun gətirdi.

* * *

Son illər dünyada baş verən geosiyasi gərginliklər, xüsusən də beynəlxalq hüququn kobud şəkildə pozulduğu nümunələr göstərdi ki, sülhün təminatı yalnız kağız üzərində yazılmış sazişlərdən asılı ola bilməz. Təhlükəsizlik boşluğu yaranan hər bir region inkişafın tempini zəiflədir, sosial rifahı təhlükə altına alır. Belə şəraitdə müttəfiq dövlətlərin birgə hərbi təlimlər keçirməsi həm önləyici tədbir, həm də güc nümayişidir. Bu, eyni zamanda, müasir münaqişə ssenarilərinə qarşı çevik reaksiya vermək üçün əməli hazırlığın artırılmasına xidmət edir.

Prezidentin çıxışında vurğulanan məqamlar təkcə siyasi bəyanat deyil, praktik təcrübəyə əsaslanan yanaşmadır. Son bir ildə Türkiyə ilə birgə keçirilən 25-dən çox hərbi təlim bunun təsdiqidir. Bu təlimlər göstərdi ki, qarşılıqlı etimad və texniki uyğunluq nə qədər möhkəmdirsə, potensial risklərə cavab da bir o qədər sürətli və effektiv olur. Regionun gələcək təhlükəsizliyi baxımından bu təcrübəni bütün üzv dövlətlər arasında genişləndirmək həm məntiqli, həm də vacib addımdır. Eyni zamanda, belə təlimlər, sadəcə, hərbi baxımdan deyil, psixoloji və siyasi baxımdan da çəkindirici təsirə malikdir. Onlar göstərir ki, bu ölkələr öz sərhədlərini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaqda qətiyyətlidirlər. Qlobal güc mərkəzləri arasında rəqabətin sərtləşdiyi, silahlı toqquşmaların artdığı bir dövrdə bu həm daxili sabitlik, həm də xarici siyasət baxımından güclü mesajdır.

Birgə hərbi təlimlərin daha bir mühüm üstünlüyü orduların müasir texnologiyalara adaptasiyasını sürətləndirməsidir. Çağdaş dövrün müharibələrində pilotsuz uçuş aparatları, müasir idarəetmə sistemləri və kiberhücum texnologiyaları artıq aparıcı rol oynayır. Müttəfiq ölkələrin bu sahədə təcrübə mübadiləsi aparması, vahid texniki standartların formalaşdırılması müdafiə qabiliyyətini yüksəldər və resursların daha səmərəli istifadəsinə imkan yaradar. Hərbi əməkdaşlıq həm də TDT-yə üzv ölkələrin cəmiyyətlərində necə deyərlər, təhlükəsizlik yastığının mövcud olduğu düşüncəsinin formalaşmasına kömək edər. Bütövlükdə, Azərbaycanın bu təşəbbüsü, əslində, TDT-yə üzv dövlətlərin təhlükəsizlik arxitekturasını daha dayanıqlı etmək cəhdidir. Çünki iqtisadi layihələrin, kommunikasiya xətlərinin və enerji marşrutlarının təhlükəsizliyi birbaşa hərbi-siyasi sabitlikdən asılıdır. Təhlükəsizlik zəifdirsə, inkişaf da davamlı ola bilmir. Buna görə də təklif olunan 2026-cı il təlimləri sadəcə növbəti tədbir deyil, gələcək strateji sabitliyin təminatı kimi qəbul olunmalıdır. Nəticə etibarilə, bugünkü mürəkkəb geosiyasi mənzərədə hərbi güc təkcə döyüş meydanında üstünlük deyil, həm də müstəqilliyin qorunmasının əsas şərtidir. Qəbələdə səslənən bu təklif həm tərəfdaşlıq ruhunu gücləndirir, həm də göstərir ki, sülh yalnız güclü müdafiə mexanizmi ilə möhkəmlənə bilər. Regionun gələcəyi naminə bu təşəbbüsün həyata keçirilməsi vacib və vaxtında atılmış addım kimi tarixə düşəcək.

* * *

Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov XQ-yə açıqlamasında türk dövlətləri arasında təhlükəsizlik, müdafiə və hərbi əməkdaşlıq məsələlərinə xüsusi önəm verilməsinin zərurətdən irəli gəldiyini bildirdi. Onun sözlərinə görə, bu gün geosiyasi arenada gedən proseslər, beynəlxalq təşkilatların ikili standartlarla fəaliyyət göstərməsi TDT ölkələrinin vahid mövqedən çıxış etmələrini şərtləndirir: “Prezident İlham Əliyevin təklifini TDT ölkələrinin özlərini müdafiə etmə bacarığının artırılmasına, təhlükəsizlik təminatının yüksəldilməsinə və hərbi əməkdaşlığının gücləndirilməsinə çağırış kimi qəbul etmək lazımdır. Geosiyasi arenada gedən proseslərə baxdıqda özünüqoruma bacarığının nə qədər önəmli olduğunu görə bilərik. TDT-nin müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi əməkdaşlığının artırılması da əlbəttə, çox vacib amildir. Çünki inkişafını, təhlükəsizliyini təmin edə bilməyən istər dövlətin, istərsə də təşkilatın gələcəyi sual altında olur. Bu səbəbdən Prezident İlham Əliyev məsələyə xüsusi diqqət yetirmişdir”.

Ş.Ramaldanov dedi ki, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq qısa dövrün işi deyil. Bunun üçün zaman lazımdır: “Proseslərin idarə olunması və inkişafı, bu ölkələrin birgə fəaliyyət göstərə bilməsi, əlbəttə, məhz hərbi və hərbi-texniki əməkdaşlıqdan keçir. Bizim yaxşı atalar sözümüz var: “Tək əldən səs çıxmaz”. Düşünürəm ki, həmin atalar sözü burada yerinə düşür. Ehtimal etmək olar ki, Prezident İlham Əliyev hərbi əməkdaşlıq, təhlükəsizlik və müdafiə məsələləri barədə danışanda təşkilatın möhkəmləndirilməsinin vacbiliyini nəzərdə tutub. Zənnimcə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər TDT daxilində nümunə kimi qəbul olunur. Qeyd edildiyi kimi, təkcə son bir ildə Türkiyə ilə birgə 25-dən çox ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib. Azərbaycan və Türkiyə arasında sıx hərbi və hərbi-texniki əməkdaşlıq mövcuddur. Bizim müdafiə sənayemizlə Türkiyənin hərbi-sənaye kompleksinin birgə fəaliyyəti var. Bütün bunlar digər dövlətlərin TDT-yə maraq göstərməsini təmin edən bəlkə də əsas amillərdir. Bu müttəfiqliyin hansı səviyyədə olduğunu bütün dünya, o cümlədən digər türk dövlətləri, müsəlman aləmi görür. Mənə elə gəlir ki, bu da geosiyasi proseslərin indiki gərgin dövründə TDT ölkələrinə eyni platformada bir yumruq kimi birləşərək öz müdafiələrini təşkil etmələri, suverenliklərini və maraqlarını qorumaları üçün böyük üstünlüklər yaradır”.

Hərbi ekspert bildirdi ki, Azərbaycan Türkiyə ilə yanaşı Qazaxıstan, Özbəkistan, Qırğızıstanla ikitərəfli və çoxtərəfli təlimlər keçirib: “Ancaq TDT-yə üzv dövlətlərin hamısının birgə hərbi təlim keçməsi olmayıb. İndi bu məsələ artıq təşkilatın gündəliyinə daxil olub. Düşünürəm ki, yaxın zamanlarda məhz Azərbaycanda birgə hərbi təlimlərin keçirilməsini görəcəyik”.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see319

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see199

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see184

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see175

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see160

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see146

Zəngəzur haqda yazılan şeir Ermənistanda ajiotaj yaratdı

07 Oktyabr 2025 15:06see138

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see133

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see133

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see132

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see131

Rövşən Kərimduxt qızına toy etdi

07 Oktyabr 2025 15:19see130

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see128

Avtobus sürücüləri AYNA dan şikayətçidir VİDEO

07 Oktyabr 2025 23:50see128

“Kristal Pelas” öz rekordunu yenilədi!

07 Oktyabr 2025 18:23see127

AFFA nın cavabından sonra lazımi addımları atacağıq Quba nın prezidenti

07 Oktyabr 2025 15:08see127

BMT: Qəzza üçün bir ümid parıltısı var və biz onu yaşatmalıyıq

07 Oktyabr 2025 12:45see125

Meloni məhkəməyə verildi

08 Oktyabr 2025 01:14see122

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see122

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri