Icma.az
close
up
RU
TDT ölkələrinə yatırılan xarici investisiyaların həcmi açıqlanıb

TDT ölkələrinə yatırılan xarici investisiyaların həcmi açıqlanıb

Icma.az, Operativmedia portalına istinadən məlumat verir.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrinə 2023-cü ildə 24 milyard ABŞ dolları məbləğində Xarici Birbaşa İnvestisiya (XBİ) yatırılıb.

"Operativ Media" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib.

Onun sözlərinə görə, bu, 2022-ci ilə nisbətən 15 % azdır.

"TDT ölkələrinə XBİ həcmini artırmaq üçün regionda sərmayə mühitinin və iqtisadi infrastrukturun yaxşılaşdırılması sahəsində fəaliyyətlərin artırılması zəruridir. XBİ cəlb etmək və daha güclü iqtisadi münasibətlər qurmaq üçün Türk İnvestisiya Fondunun rolunun gücləndirilməsi və özəl sektorun dəstəklənməsi önəm kəsb edir. Bu həmçinin, iqtisadiyyatların şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün vacib amildir", - deyə V.Cəfərova qeyd edib.

TDAM-ın rəhbəri vurğulayıb ki, Türk dünyasında qeydə alınan iqtisadi artım, xüsusilə qeyri-neft sektoru və ticarət sahələrindəki inkişafla daha da güclənib: "2023-cü ildə TDT ölkələrinin xarici ticarət dövriyyəsi 4,3 %-lik artımla 1,48 trilyon ABŞ dollarına çatıb. Bu artım, TDT ölkələrinin ticarət əlaqələrinin daha da genişlənməsi və bu ölkələr arasında qarşılıqlı ticarətin artırılması ilə əlaqəlidir".

O əlavə edib ki, TDT ölkələri arasında ticarətin həcmi 2022-ci ildə 30,9 milyard ABŞ dollardan 2023-cü ildə 38,3 milyard ABŞ dollara yüksəlib. Bu 24 %-lik bir artımı ifadə edir.

"2024-cü ildə isə TDT ölkələri arasında qarşılıqlı ticarətin həcminin 45 milyard ABŞ dolları keçib ki, bu müsbət nəticə, TDT ölkələrinin ticarət əlaqələrinin gücləndiyini göstərir. Xarici ticarətdə artım dinamikası Türk dünyasının iqtisadi sahədə daha çox inteqrasiya olunduğunu və üzv ölkələrinin hərtərəfli əməkdaşlığa olan marağını göstərir", - V.Cəfərova hesab edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 06 Noyabr 2024 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see212

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see210

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see197

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see159

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see145

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see144

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see141

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see138

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see129

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see128

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see125

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see124

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see124

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see124

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see124

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see123

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see122

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri