Icma.az
close
up
RU
TDT ölkələrinin hüquqi əməkdaşlığı

TDT ölkələrinin hüquqi əməkdaşlığı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“2009-cu il, oktyabrın 9-da Naxçıvan şəhərində imzalanan müqavilə ilə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının təsis edilməsi, daha sonra isə həmin təsisatın təkmilləşdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsi ilə qardaş xalqlar arasında inteqrasiya prosesləri yeni müstəviyə qədəm qoyub”.

Bunu “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, ötən dövr ərzində türk dövlətlərinin hüquq mühafizə orqanları, məhkəmə akademiyaları və təlim mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin institusionallaşması ilə bağlı əməli addımlar atılıb: “2022-ci il, dekabrın 11-də İstanbul şəhərində özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ədliyyə və prokurorluq orqanlarının təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsi (Turkish Judicial Training Network) təsis edilib. Azərbaycan tərəfini həmin Şəbəkədə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi təmsil edir. Azərbaycan 2024-cü ildə Şəbəkəyə sədrlik etməyə başlayıb”.

K.Əliyev vurğulayıb ki, bu gün öz işinə başlayan beynəlxalq konfransda aktivlərin bərpası prosesinin səmərəliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə, transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi, türkdilli ölkələrin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı kimi məsələlərin müzakirəsi planlaşdırılıb:

"Bizim üçün qardaş ölkələrin bu sahədə təcrübəsinin öyrənilməsi, öz müsbət təcrübəmizlə bölüşmək çox əhəmiyyətlidir. Əminəm ki, hakim və prokurorların peşə hazırlığında da müasir texnologiyaların, proqram təminatlarının tətbiqi ilə bağlı müzakirələr xüsusi əhəmiyyətə sahib olacaq".

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 01:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri