Icma.az
close
up
RU
Urumçidə ŞƏT ölkələrinin Media Əməkdaşlığı Forumu açılıb

Urumçidə ŞƏT ölkələrinin Media Əməkdaşlığı Forumu açılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Urumçi, 23 may, AZƏRTAC

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrinin Media Əməkdaşlıq Forumu mayın 23-də Çin Xalq Respublikasının Sintzyan-Uyğur Muxtar Rayonunun paytaxtı Urumçidə işə başlayıb.

Tədbirin təşkilatçıları Çinin aparıcı “Jenmin Jibao” qəzeti və Sintzyan-Uyğur Muxtar Rayonunun hökumətidir.

Forum Sintzyan Beynəlxalq Sərgi Mərkəzində keçirilir və tədbirə AZƏRTAC da daxil olmaqla 26 ölkədən 200-dən çox media nümayəndəsi qatılıb. Forumda, həmçinin Çin Xarici İşlər Nazirliyinin təmsilçiləri, muxtar rayonun rəhbərliyi və Çinin aparıcı şirkətlərinin top-menecerləri iştirak edirlər.

Forumun əsas mövzularına ŞƏT çərçivəsində baş verən proseslərin mediada işıqlandırılması, aparıcı mətbuat orqanları arasında təcrübə mübadiləsi, jurnalistlər üçün təlimlərin keçirilməsi, iqtisadi əməkdaşlıq məsələləri, üzv ölkələrin mədəni dialoqunun əhəmiyyəti və feyk xəbərlərin yayılmasına qarşı mübarizə daxildir.

Forum iştirakçıları müasir medianın qarşılıqlı anlaşmanın gücləndirilməsi və təşkilat çərçivəsində layihələrin inkişafına necə töhfə verə biləcəyi məsələlərini müzakirə ediblər.

Tədbir çərçivəsində ŞƏT ölkələrinin inkişaf perspektivlərinə dair ictimai rəyin əks olunduğu “Ortaq ev” adlı sosioloji sorğunun nəticələri təqdim olunub. Nəticələr inteqrasiya təşəbbüslərinə, humanitar əlaqələrin genişlənməsinə və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə yüksək ictimai dəstəyi göstərib.

Forumun əsas hadisələrindən biri aparıcı informasiya agentliklərinin, telekanalların, qəzetlərin və internet resursların nümayəndələri üçün açıq müzakirə platforması olan ŞƏT ölkələrinin Media Dialoqu olub. İştirakçılar birgə media layihələri, əməkdaşlığın innovativ üsulları, süni intellekt və müasir texnologiyaların tətbiqi imkanlarını müzakirə ediblər.

Bundan başqa, tədbir çərçivəsində ŞƏT ölkələrinin Mədəniyyətlərarası Gənclər Düşərgəsinin açılış mərasimi də keçirilib. Burada gənc jurnalistlər və media nümayəndələrinin çıxışları olub, informasiya əməkdaşlığında gənclərin rolu müzakirə edilib və aktual media mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri