Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

TDT qlobal sabitliyə yönələn yeni güc mərkəzi

TDT qlobal sabitliyə yönələn yeni güc mərkəzi

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü təkcə dost və qardaş xalqların növbəti görüşü deyil, eyni zamanda, türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm tarixi hadisə kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin bu Zirvə toplantısındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan türk dövlətləri arasında həm siyasi nüfuzu, həm iqtisadi gücü, həm də diplomatik çevikliyi ilə bu birliyin aparıcı dayaqlarından biridir. Onun sözləri bir konsepsiyanı təsdiqlədi: artıq Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, geosiyasi mərkəz statusuna yüksəlir”. Bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.

Millət vəkili qeyd edib ki, türk xalqlarının ortaq tarixi, etnik və mənəvi dəyərlərə sahib olduqları barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir: “Dövlət başçısının çıxışında türk xalqlarını bir ailə kimi birləşdirən dəyərlərlə bağlı ifadə olunan fikirlər əslində türk dünyasının tarixi inkişaf konsepsiyasının qısa xülasəsi idi. Bu birlik coğrafi sərhədləri aşan ideya olmaqla yanaşı, müstəqil inkişaf yolunu seçmiş ölkələrin qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində qurulan əməkdaşlıq modelidir. Azərbaycan bu birliyin iqtisadi və siyasi təməllərinin möhkəmlənməsi üçün konkret addımlar atır. Katibliyin hesabına 2 milyon ABŞ dolları ianənin köçürülməsi də məhz bu istiqamətdə praktiki dəstəyin ifadəsidir. Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə artan nüfuzu həm qlobal, həm də regional güc balansında yeni reallıqlar yaradır. Daxili sabitlik, demoqrafik üstünlük, strateji resurslar və artan hərbi potensial təşkilatı qlobal arenada etibarlı aktora çevirir. Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, bu gün türk dünyası təkcə tarixi bağlarla deyil, həm də müasir çağırışlara çevik cavab vermək bacarığı ilə seçilir. Bu, birliyimizin davamlılığını təmin edən əsas amildir”.
K.Qafarov Azərbaycanın təşkilat çərçivəsində həyata keçirdiyi təşəbbüslərin həm də ölkəmizin müstəqil və praqmatik xarici siyasət xəttinin uğurlu nəticəsi olduğunu da vurğulayıb: “Şuşada, Budapeştdə və bu dəfə Qəbələdə keçirilən zirvə görüşləri türk həmrəyliyinin yeni mərhələsini formalaşdırır. Məhz cənab Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində TDT- də həm siyasi, həm də iqtisadi inteqrasiyanın konturları daha dəqiq müəyyənləşir. Dövlətimizin başçısı təşkilatı “vahid güc mərkəzi” kimi təqdim etməklə türk dünyasının strateji məqsədini açıq şəkildə ifadə etdi. Bu gün türk dövlətlərinin birliyi yalnız etnik və mədəni ideya deyil, həm də iqtisadi və təhlükəsizlik baxımından yeni əməkdaşlıq modelidir. Azərbaycanın təcrübəsi göstərir ki, milli maraqları qorumaqla, eyni zamanda, ortaq mənafeyə xidmət etmək mümkündür. Bu model türk birliyinin dayanıqlı gələcəyinə inamı artırır. Qəbələdə səslənən fikirlər isə bir daha təsdiq etdi ki, türk dünyasının sabahı birgə gücdə və qarşılıqlı etimadda olmaqla, strateji həmrəyliyə söykənir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri