Icma.az
close
up
RU
TDT nin qlobal güc mərkəzi kimi formalaşmasında Azərbaycanın strateji rolu ŞƏRH

TDT nin qlobal güc mərkəzi kimi formalaşmasında Azərbaycanın strateji rolu ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) son illərdəki inkişaf istiqaməti göstərir ki, bu qurum artıq yalnız tarixi və mədəni birlik kimi deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və iqtisadi təsir gücünə malik strateji platforma kimi formalaşır. TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması bunun mahiyyətini əks etdirir. Yəni, Türk dövlətləri artıq qlobal sabitlik və təhlükəsizlik arxitekturasında subyekt kimi çıxış etməyə başlayıblar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

O qeyd edib ki, Azərbaycanın TDT-dəki rolu, sadəcə, qurucu dövlət statusu ilə məhdudlaşmır. Prezident İlham Əliyevin ardıcıl təşəbbüsləri nəticəsində təşkilat formal mədəni birlikdən, real təsir gücünə malik siyasi və iqtisadi blok səviyyəsinə yüksəlib. Bu istiqamətdə dövlətimizin başçısının Bişkek, Şuşa və Budapeşt Zirvə görüşlərində səsləndirdiyi çağırışlar, o cümlədən “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir” çağırışı artıq strateji konsepsiya xarakteri daşıyır.

“Azərbaycanın TDT-yə sədrliyi dövründə həyata keçirilən tədbirlər, xüsusən qeyri-rəsmi Zirvə görüşlərinin təşkili bu birliyin institusional dayanıqlığını gücləndirib. Bu gün Qəbələdə keçiriləcək XII Zirvə Görüşünün sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək. Bu hadisə təkcə rotasiya qaydasında baş verən protokol dəyişikliyi deyil, Azərbaycanın təşkilat daxilində liderlik missiyasının və strateji təşəbbüskarlığının beynəlxalq səviyyədə rəsmi təsdiqi kimi qiymətləndirilməlidir. Bu fakt göstərir ki, Azərbaycan artıq TDT-nin yalnız ideya daşıyıcısı deyil, həm də onun regional və qlobal istiqamətini müəyyənləşdirən siyasi mərkəzi kimi çıxış edir”, - deyə deputat bildirib.

O, TDT-nin artan funksional rolundan danışaraq diqqətə çatdırıb ki, Təşkilatın inkişaf trayektoriyası artıq onu təkcə mədəni inteqrasiya platforması deyil, həm də strateji təhlükəsizlik və iqtisadi əməkdaşlıq məkanı kimi təqdim edir. Naxçıvan Müqaviləsindən bu günə qədər Təşkilat regional sabitliyin möhkəmləndirilməsi, etimad mühitinin yaradılması və enerji-nəqliyyat dəhlizlərinin koordinasiyasında mühüm amil kimi çıxış edir. Gələcəkdə birgə hərbi təlimlər, kibertəhlükəsizlik mexanizmləri və müdafiə sənayesi üzrə inteqrasiya addımları TDT-nin Avrasiya təhlükəsizlik sistemində mühüm aktora çevrilməsinə imkan verəcək. Bu, həm də regionda alternativ sabitlik mərkəzinin formalaşması deməkdir.

“Azərbaycanın azad edilmiş ərazilərində Türk dövlətlərinin iştirakı ilə reallaşan humanitar və infrastruktur layihələr Türk həmrəyliyinin real təzahürüdür. Füzulidə Özbəkistanın inşa etdiyi Mirzə Uluqbəy məktəbi, Qazaxıstanın dəstəyi ilə yaradılmış Kurmanqazı Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Ağdamda tikdirdiyi məktəb təkcə qardaşlıq rəmzi deyil, həm də birgə strateji baxışın humanitar ifadəsidir. Bu layihələr Azərbaycanın TDT-nin ideoloji mərkəzinə çevrilməsi ilə yanaşı, təşkilat daxilində praktiki həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Qarabağ Bəyannaməsi də məhz bu ruhun siyasi manifesti kimi çıxış edir”, - deyə Müşfiq Məmmədli vurğulayıb.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı yalnız iqtisadi və siyasi inteqrasiyanın deyil, türk sivilizasiyasının müasir dövrün çağırışlarına cavab verən siyasi modelə transformasiyasının ifadəsidir. Bakı, Şuşa, Bişkek və Budapeşt Zirvə görüşləri bir-birini tamamlayan mərhələlər kimi bu inteqrasiyanın ideoloji və institusional əsaslarını möhkəmləndirib.

“TDT-nin bugünkü inkişaf mərhələsi göstərir ki, Türk dünyasının inteqrasiyası strateji reallıqdır. Azərbaycan bu reallığın əsas memarı və lokomotiv gücü kimi çıxış edir. Qlobal miqyasda yeni güc bölgüsünün formalaşdığı bir dövrdə TDT-nin siyasi, iqtisadi və təhlükəsizlik baxımından sıx inteqrasiyası Avrasiyada balans yaradan yeni geosiyasi qütb kimi çıxış edə bilər. Gələcək onillikdə TDT-nin hədəfi yalnız türkdilli dövlətlərin maraqlarını qorumaq deyil, həm də beynəlxalq münasibətlər sistemində sabitlik, dialoq və inkişaf üçün nümunəvi model yaratmaq olmalıdır. Azərbaycanın təşəbbüsləri bu istiqamətdə həm strateji liderlik, həm də istiqamətverici rol oynayır”, - deyən deputat vurğulayıb ki, Türk dünyasının birliyi artıq ideya deyil, formalaşmaqda olan qlobal gücün siyasi reallığıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri