TDT yə üzv dövlətlərin media sahəsində tədbirlər planı təsdiqlənib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
TDT-nin media sahəsi üzrə keçirilən müzakirələrində təşkilata üzv dövlətlərin media sahəsində tədbirlər planı təsdiqlənib.
APA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, forumda TDT-yə üzv ölkələrdə informasiya mühitinin formalaşdırılması və regional səviyyədə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb: “TDT-yə üzv dövlətlər arasında media əməkdaşlığı mövcuddur və bu əməkdaşlıq getdikcə genişlənir. Gələn il isə növbəti görüşün Astanada keçirilməsi planlaşdırılır. Bu barədə əlavə məlumat yaxın zamanda açıqlanacaq”, - Əhməd İsmayılov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 28 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















