Icma.az
close
up
RU
TDT yə üzv ölkələrlə ticarət dövriyyəmiz 6 milyard dollara yaxınlaşıb

TDT yə üzv ölkələrlə ticarət dövriyyəmiz 6 milyard dollara yaxınlaşıb

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 5,909 milyard ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 136,5 milyon ABŞ dolları və ya 2,4% artıb.

Hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,7%-nə bərəbər olub.

Belə ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 7,3% azalaraq 4,8 milyard dollara, Qırğızıstanla ticarət dövriyyəsi 1,9 dəfə artaraq 66,1 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 1,5 dəfə artaraq 600,3 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 2,4 dəfə artaraq 472,5 milyon dollara bərabər olub.

Cari ilin ilk 10 ayında Azərbaycandan Türkiyəyə 65,042 milyon ABŞ dolları dəyərində 133,1 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları, 486,3 milyon ABŞ dolları dəyərində isə qeyri-neft məhsulları ixrac edilib. Eyni zamanda hesabat dövründə Qazaxıstan Azərbaycandan 80,6 milyon ABŞ dolları dəyərində, Özbəkistan isə 60,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları idxal edib. Digər ölkələrə isə sözügedən məhsulların ixracı ilə bağlı göstəricilər qeydə alınmayıb.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış “Naxçıvan Sazişi”nə əsasən yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilib və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə.

Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Noyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see285

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see222

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see193

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see144

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see141

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see139

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see133

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see129

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see128

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see126

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see126

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see126

Azərbaycana gələn erməni nümayəndələr Bakını gəzdilər Fotolar

22 Noyabr 2025 17:43see126

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see125

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see125

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see124

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see123

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see123

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see122

Rafət El Roman qızı ilə üç günlük Bakıya gəlir

23 Noyabr 2025 01:25see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri