Icma.az
close
up
RU
TDT yeni hərbi güc mərkəzinə çevrilir

TDT yeni hərbi güc mərkəzinə çevrilir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bu gün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır”. 

Bu sözləri Prezident İlham Əliyev 7 oktyabr 2025-ci ildə Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışı zamanı deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur:

“Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvləridir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti isə təşkilatın müşahidəçi üvzləri sırasındadır. Göründüyü kimi bu dövlətlərin hər birini dil, din, mədəniyyət, tarix kimi bir çox aspekt birləşdirir. 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatının əhəmiyyəti artmağa davam edir:

“Artıq bu təşkilat güc mərkəzinə çevrilməyə doğru gedir. Bu prosesin də mərkəzində Azərbaycan və Türkiyə dayanır. Digər türk dövlətləri də prosesə töhfə verirlər. Bu təşkilatın gələcək perspektivləri çox açıqdır.

Reallıq budur ki, türk dövlətləri ciddi bir güc mərkəzinə çevrilməkdədir. Xüsusilə son toplantıda Türk Dövlətləri Təşkilatı hərbi güc mərkəzinə çevrilməsi ilə bağlı da ilk addım atıldı. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatı üzv dövlətlərin gələn il ölkəmizdə hərbi təlim keçirməsini təklif etdi. Bunun özü çox ciddi bir mesaj idi.

Hazırda türk dövlətlərinin orduları müxtəlif səviyyələrdədir. Onları bir-birinə yaxınlaşdırmaq və gücləndirmək üçün birgə hərbi təlimlərə ehtiyac var. Mənfur sovet hərbi sistemindən uzaqlaşaraq müasir NATO standartlarına uyğunlaşmaq üçün türk dövlətləri arasında yaxınlaşma hərbi sahədə də özünü göstərməlidir”.

Partiya sədri diqqətə çatdırıb ki, türk dövlətləri ortaq tarixi köklərə malikdir:

“Təbii ki, türk dövlətlərinin kökü birdir. Tarixə baxdıqda görərik ki, 5 min il bundan əvvəl Ön Asiyanın (Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur) böyük bir hissəsində türk tayfaları formalaşıb. 

Onlar müxtəlif istiqamətlərdə hərəkət etdilər. Bir hissəsi Altaya, bir hissəsi isə Şimala getdilər. Təxminən 2 min ildən sonra da onların bəziləri geri döndü. Ümumiyyətlə, türk soylarını artıq “oğuz” adı ilə birləşdirmək lazımdır. Türk tayfaları tarixdə təhrif olunaraq “skif”, “iskit” və ya “hun” adlanır. Əslində isə hamısı “oğuz” adı ilə birləşməlidir. Bütün türk dövlətlərinin kökü eynidir. Hesab edirəm ki, Türk dünyası tarixinin yazılmasına ehtiyac var”.

Akif Nağı onu da əlavə edib ki, türk dövlətlərinin mədəni və mənəvi dəyərləri də ortaqdır:

“Yəni türk dövlətləri və xalqları keçmişdən indiyə qədər bənzər yolları keçiblər. Onları ortaq tarix, adət-ənənə, dil, din, mədəniyyət bir-birinə bağlayır. Son illərdə bu əlaqələr daha da yüksəlib. Türk Dövlətləri Təşkilatı da bu xüsusda müstəsna rol oynayır. 

Şübhəsiz ki, gələcəkdə türk dövlətləri arasındakı əlaqələrin daha da genişlənəcəyi və qarşılıqlı gediş-gəlişin artacağı proqnozlaşdırılır. Bu, həm də zamanın tələbidir. Türk dünyası özlüyündə çox böyük bir güc mərkəzidir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Türk Dövlətləri Təşkilatı TDT

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri