Icma.az
close
up
RU
Bişkek sammiti: TDT qlobal miqyasda güc mərkəzinə çevrilir

Bişkek sammiti: TDT qlobal miqyasda güc mərkəzinə çevrilir

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) XI zirvə toplantısı keçirilir. Türk dünyası ilə əlaqələri dərinləşdirmək, türkdilli dövlətlərin maraqlarına və dəyərlərinin təbliğinə töhfə vermək məqsədi daşıyan sammit mühüm tarixi əhəmiyyətə malikdir.

Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı sammit türk dünyasının birliyi və qlobal səhnədə güc mərkəzinə çevrilməsi istiqamətində mühüm rol oynayacaq. Azərbaycanın təşkilata üzv olan bütün dövlətlərlə təşkilat çərçivəsində, eləcə də ikitərəfli əsasda ən yüksək səviyyədə münasibətlər qurması Prezident İlham Əliyevin türk dünyasına verdiyi önəmin bariz nümunəsidir.

Qeyd edək ki, bu il TDT-nin fəaliyyətinin 15-ci ili tamam olur. Ortaq dil, tarix və ənənələrə dayanan, ildən-ilə daha da güclənən təşkilat ötən dövr ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına mühüm töhfə verib, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiyanı sürətləndirib, nüfuzlu bir təşkilat kimi beynəlxalq təşkilatlar sırasına öz adını daxil etməyə müvəffəq olub. Hazırda TDT qardaş türk xalqlarının qürurla öz maraq və dəyərlərini birgə bölüşdüyü səmərəli əməkdaşlıq platformasına çevrilib. Böyük bir coğrafi ərazini əhatə edən türk dünyasına üzv ölkələrdə müsbət dinamika müşahidə olunur. Zəngin təbii sərvətlər, onlardan istifadə üçün müasir infrastruktur, Mərkəzi Asiya və Qafqazı Aralıq dənizi və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, mədəniyyət - türk dünyasının ən böyük sərvətidir.

Qarşıya qoyulan hədəf XXI əsrin türk dünyasının firavanlıq əsrinə çevrilməsidir və bu istiqamətdə aktiv iş aparılır. Bişkekdə keçirilən zirvə görüşü də bu hədəfə çatmaqda mühüm rol oynayacaq.

İştirakçılar beynəlxalq razılaşmalara, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, tanınmış sərhədlərin toxunulmazlığına, daxili işlərə müdaxilənin yolverilməzliyinə sadiqliyini bəyan edəcəklər. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsi və münasibətlərin normallaşdırılması səylərinin dəstəklənməsinin bildirilməsi gözlənilir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, Orta Dəhlizin potensialından maksimum istifadə və Zəngəzur dəhlizinin açılması kimi məsələlər ətrafında da müzakirələr gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, TDT-nin potensialını açmaq və bu platformanı qlobal miqyasda güc mərkəzinə çevirmək məsuliyyəti məhz türk dövlətlərinin üzərinə düşür. Bu məqsəd mütləq reallaşacaq. Bu baxımdan, Qırğızıstanda keçirilən zirvə görüşü, şübhəsiz ki, TDT-nin mövqelərini daha da gücləndirəcək.

Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin gücləndirilməsində Azərbaycanın töhfəsi xüsusi rol oynayır. Bu, ölkəmizin mühüm önəm verdiyi istiqamətlərdən biridir. Əksəriyyətin qəbul etdiyi xətt ondan ibarətdir ki, Azərbaycan qardaş türk respublikaları ilə birgə yaratdığı bu təşkilatı öz ailəsi qismində görür və böyük türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Bu, ölkə başçısının 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı söylədiyi fikirlərdə bir daha əksini tapıb. Prezident İlham Əliyev: "Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır", - deməklə dünyaya mesaj verdi ki, Azərbaycan böyük türk ailəsinə mənsubdur, bu ailə güclü, yenilməz və etibarlıdır və bundan sonra da türk dövlətləri, təşkilatları ilə əlaqələr daha da gücləndiriləcək, birgə uğurlu addımlar atılacaq.

Bu bəyanat həm də türk birliyinin gücünün, qüdrətinin ifadəsi, onun sarsılmaz xarakterə malik olmasının göstəricisi idi.

Türklər tarixin bütün dönəmlərində özlərinin qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri ilə seçilmiş, dünyanın ən üstün dəyərlərə malik sivilizasiyalarından birinə sahib olublar. Türk sivilizasiyası dedikdə bəşəriyyətin inkişafına saysız-hesabsız töhfələr vermiş, qədim mədəniyyətə, incəsənətə, hərtərəfli elmə və biliyə, həmçinin sağlam gücə malik olan sivilizasiya nəzərdə tutulur. Bəşər sivilizasiyası tarixində özünəməxsus yeri olan türk sivilizasiyası əsrlər boyu şərəfli yol qət edərək, hazırkı inkişaf səviyyəsinə gəlib çatıb.

Xalqımız da böyük türk dünyasının önəmli bir parçası olaraq, fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasından faydalanmaqla yanaşı, bu sivilizasiyaya öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır, bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın gələcək inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər təşkilat kimi tanınır, üzv ölkələrin sıx əməkdaşlığı və birgə səyi ilə təşkilatın nüfuzu günü-gündən artmaqdadır.

Qeyd edək ki, TDT türkdilli ölkələrin Dövlət Başçılarının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilmiş Zirvə Görüşündə imzaladıqları "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında Naxçıvan Sazişi"nə əsasən təsis edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. 2019-cu ildə Özbəkistan da TDT-yə üzv olub. Türk dövlətlərinin institusional strukturunun formalaşmasının əsasını qoyan, onları daha güclü inteqrasiya üçün bir araya gətirən Naxçıvan sazişinin imzalanması mühüm tarixi-siyasi əhəmiyyət kəsb edir. Bu sazişlə qardaş türk dövlətləri arasında əlaqələrin müxtəlif sahələr üzrə daha da inkişaf etdirilməsi və vahid əməkdaşlıq platformasının yaradılması istiqamətində uğurlu fəaliyyətə start verilib.

Şübhəsiz ki, Bişkekdə keçirilən zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.

"Report" İnformasiya Agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Noyabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri