Icma.az
close
up
RU
TDTnın Azərbaycanın yanında olması əsl qardaşlıq dəstəyidir

TDTnın Azərbaycanın yanında olması əsl qardaşlıq dəstəyidir

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində etdiyi çıxışında Türk Dövlətləri Təşkilatının (TDT) bizim üçün əsas beynəlxalq təşkilat olduğunu vurğulamış və hamıya açıq mətnlə bəyan etmişdi ki, Türk dünyası bizim ümumi ailəmizdir, bizim başqa ailəmiz yoxdur, biz burada özümüzü yaxşı hiss edirik. Beləliklə, dövlətimizin başçısı Türk dünyası ilə sıx inteqrasiyanın bizim üçün əsas prioritet olduğunu elan etmişdi. Azərbaycan bu prioritetin həyata keçirilməsi istiqamətində inamla hərəkət edir və Türk dünyasının güclənməsinə davamlı töhfələr verməklə onun birliyinin daha da möhkəmlənməsinə səy göstərir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən TDT-nın Dövlət Başçıları Şurasının 11-ci toplantısında çıxışı zamanı da Azərbaycanın Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bəyan etdi. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında həm ikitərəfli əlaqələr müstəvisində, həm də kollektiv surətdə yaxın dostluq və qardaşlıq əlaqələrinin mövcud olması bu təşkilatın inkişafına təkan verən əsas amillərdən biridir. Münasibətlərimiz həm dostluq və qardaşlıq, həm də qarşılıqlı dəstək və faydalılıq prinsiplərinə əsaslanır. Azərbaycan da öz növbəsində TDT-na üzv olan ölkələrin hər biri ilə qardaşlıq münasibətləri üzərində sıx əməkdaşlıq qurmağa davam edir. Prezident İlham Əliyevin türk dövlətləri ilə əlaqələrin ən yüksək formada inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylər TDT-nın üzvü olan ölkələrin rəhbərləri tərəfindən təqdirlə qarşılanır.
Dövlətimizin başçısı Bişkək Zirvə görüşündəki çıxışında həmçinin bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümünün tamam olduğunu iştirakçıların diqqətinə çatdırıb və TDT-nın bu dövr ərzində uğurlu inkişaf yolu keçdiyini bildirib. Türk Dövlətləri Təşkilatı liderlərinin 11-ci Zirvə görüşü həm bu birliyin 15-ci ildönümünə, həm də COP29 ərəfəsinə təsadüf edir. Hər iki hadisə bütün Türk dünyası üçün əlamətdar hadisədir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə artıq sayılı günlər qalır.
Bişkek sammitindəki çıxışında Azərbaycanın yaxın günlərdə COP29-a ev sahibliyi edəcəyini xatırladan Prezident İlham Əliyev keçən ilin dekabrında 200-ə yaxın ölkənin Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədiyini, bunun beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu diqqətə çatdırmaqla yanaşı, Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin COP29-un işində fəal iştirak edəcəklərinə əmin olduğunu bildirib. TDT-nın 11-ci Bişkek Zirvəsinin COP29 ərəfəsində keçirilməsi onu deməyə əsas verir ki, təşkilat üzvləri Azərbaycana sıx dəstək verəcək və Bakının ev sahibliyi etdiyi qlobal iqlim sammitində vahid mövqe nümayiş etdirəcəklər. TDT-nın Azərbaycanın yanında olması əsl qardaşlıq dəstəyidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Noyabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see270

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see246

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see166

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see160

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see153

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see144

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see138

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see136

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see126

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri