Azərbaycanın Suriyada məktəb tikməsi qardaş dəstəyidir Deputat
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfindən Suriyada təhsil infrastrukturunun bərpasına dəstək göstərilməsi məqsədilə 10-a yaxın yeni məktəb binasının tikintisi və 100-ə yaxın zədələnmiş məktəbin əsaslı təmiri həyata keçiriləcək.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan ilk gündən Suriyanın bərpası və dirçəldilməsi prosesinə öz töhfəsini verməyə başlayıb:
"Biz Azərbaycanın ilk günlərdən bu prosesdə fəal olduğunun şahidi olmuşuq. Suriya yenidən qurulur, dirçəlir və burada infrastruktur layihələri icra olunur. Bir çox müsəlman ölkələri də bu prosesdə çox fəal şəkildə iştirak edir və öz töhfələrini verməyə çalışırlar. Azərbaycanın da belə bir təşəbbüsdə olması və bu prosesə töhfə verməsi cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətdən irəli gəlir. Azərbaycan Elm və Təhsil Nazirliyi ilə ICESCO arasında belə bir sənədin imzalanması da bu məqsədə xidmət edir. Bu, əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmlidir. Eyni zamanda, bu, Azərbaycanın göstərdiyi qardaş dəstəyidir. Biz zamanında münaqişədən əziyyət çəkən bir ölkə kimi müharibənin nə olduğunu bilirik. Baxmayaraq ki, özümüzün də müəyyən dəstəyə ehtiyacımız var, biz yardım əlimizi uzadırıq və uzatmağa çalışırıq. Bu istiqamətdə Azərbaycan öz addımlarını atır və tədbirlərini həyata keçirir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 18 Fevral 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















