Icma.az
close
up
RU
Menu

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Futbol bileti olanlar vizanı tez alacaqlar

“Vüqar Məmmədovun həbsi sifarişlidir” SAMİR ZEYNALOV

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Dünyanın ən nəhəng abidələri

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

Səudiyyə Ərəbistanı qlobal süni intellekt (AI) nəhənginə çevrilmək istəyir

Elşad Əliyev istefa ərizəsi yazdı

Taksi sürücüləri və sərnişinlər arasında imtiyaz savaşı : Problem nə vaxt həll olunacaq?

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

Böyük Göllər Regionu təşkilatının sammiti Sudandakı silahlı müxalifətin əməllərini pisləyib

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

Teatr qalmaqalında adı keçən Əhmədov kimdir? Nazirliklə “Next Group” arasında 2,6 milyonluq iddia

Teatr qalmaqalında adı keçən Əhmədov kimdir? Nazirliklə “Next Group” arasında 2,6 milyonluq iddia

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycan Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva özünün və sözügedən teatrın direktoru olan həyat yoldaşı Rəşad Əhmədzadənin təzyiqlərə məruz qaldığını bəyan edib. Rejissor açıqlamalarında baş verənlərin əsas fiqurantı kimi Azərbaycan Kukla Teatrının aktrisası Nərmin Əhmədovanın adını çəkib.

Bakupost.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Səidə Haqverdiyeva onu və həyat yoldaşını təhdid edən Nərmin Əhmədovanın Mədəniyyət Nazirliyi səviyyəsində himayə olunduğunu bildirib. Nərmin Əhmədovaya privilegiyalar verilməsini isə onun həyat yoldaşı Əfsun Əhmədovun şirkət rəhbəri olması ilə izah edir.

Rejissor detallara varmasa da, sözlərindən belə anlaşılır ki, Əfsun Əhmədovla Mədəniyyət Nazirliyi arasında hansısa qaranlıq əlaqələr var.

Araşdırmaları nəticəsində məlum olub ki, Əfsun Əhmədov “Next Group” şirkətinin rəhbəridir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Next Group” MMC-nin 4 dekabr 2017-ci ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7A, məhəllə 2947, mənzil 30, korpus D, giriş 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədov Əfsun Məzahir oğludur.

“Next Group” MMC beynəlxalq və yerli statuslu tədbirlərin təşkili, nəqliyyat xidmətlərinin icarəsi və idarə edilməsi ilə məşğuldur. Bu barədə şirkətin rəsmi-veb səhifəsində qeyd edilib.

Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırmadan aydın olur ki, "Next Group” MMC ötən il Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat” MMC ilə ümumi maliyyə dəyəri 608 020 manat təşkil edən satınalama müqavilələri imzalayıb.

Müqavilələrin üçü birbaşa Mədəniyyət Nazirliyi ilə, beşi isə "Əsaslı Tikinti və Təchizat” MMC ilə bağlanıb.

Bu müqavilələr üzrə satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.

“Dövlət satınalmaları haqqında” Qanuna görə birmənbə metodu aşağıdakı hallarda tətbiq edilə bilər:

49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;

49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

49.1.3. satınalan təşkilat hər hansı təchizatçıdan satınalma predmetini satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud satınalma predmetinə uyğunluğu təmin etmək zərurəti baxımından satınalma predmetini həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda;

49.1.4. satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

"Next Group” MMC-nin Mədəniyyət Nazirliyi və "Əsaslı Tikinti və Təchizat” MMC ilə bağladığı satınalma müqavilələri üzrə satınalma predmetləri, həmçinin şirkətin fəaliyyət sferası birmənbə metodunu istisna edir. Bu halda satınalma prosedurunun şəffaflığına suallar yaranır.

Azərbaycan "Next Group” MMC kimi eyni xidməti göstərən onlarla şirkət var. Mədəniyyət Nazirliyinin satınalmalarda yalnız "Next Group” MMC-yə üstünlük verməsi təbii olaraq şirkətlə qurum arasında hansısa özəl əlaqələrin olduğuna dair şübhələri artırır.

Görünür, Səidə Haqverdiyeva şübhələrində yanılmayıb. Yaxud mümkündür ki, o, nazirliklə "Next Group” MMC arasındakı tender sövdələşmələri barədə daha artıq məlumatlıdır. Yeri gəlmişkən, kluarlarda gəzən söhbətlərə görə, "Next Group” MMC Mədəniyyət Nazirliyinin xətti ilə 2 milyon manatlıq sifariş alıb. Hazırda bununla bağlı araşdırmalarımız davam edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Noyabr 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see200

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see197

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see174

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see153

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see151

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see141

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see140

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see139

“Vüqar Məmmədovun həbsi sifarişlidir” SAMİR ZEYNALOV

17 Noyabr 2025 21:38see134

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see132

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see129

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see129

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

17 Noyabr 2025 00:06see127

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see124

Səudiyyə Ərəbistanı qlobal süni intellekt (AI) nəhənginə çevrilmək istəyir

17 Noyabr 2025 01:01see123

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see122

Taksi sürücüləri və sərnişinlər arasında imtiyaz savaşı : Problem nə vaxt həll olunacaq?

17 Noyabr 2025 08:53see121

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

17 Noyabr 2025 07:18see121

Böyük Göllər Regionu təşkilatının sammiti Sudandakı silahlı müxalifətin əməllərini pisləyib

17 Noyabr 2025 01:04see119

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri