Teatr rəhbərinin xanımı: Ailəmizə təzyiq var, boşanmağa məcburuq
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı, rejissor Səidə Haqverdiyeva həyat yoldaşından boşanmaq qərarı verib.
Bu haqda Teleqraf-a rejissor Səidə Haqverdiyeva özü danışıb.
"Həyat yoldaşımdan ayrılmaq üçün məhkəməyə müraciət etmişəm. On il idi evli idik. Amma beş ildir mənə və ailəmə təzyiq edən şəxslər var, onlarla mübarizə aparırıq. Həmin şəxslərin adını açıqlayacam", - deyə rejissor bildirib.
S.Haqverdiyeva deyib ki, Rəşad Əhmədzadənin direktoru olduğu Abdulla Şaiq adına Dövlət Kukla Teatrında fəaliyyətinə davam edəcək: "Həyat yoldaşımla eyni yerdə işləyirəm. Sadə bir rejissoram. Onunla eyni bir müəssisədə işləməyim problem olmamalıdır. Müəyyən şeylərə məcburam. Həyat yoldaşımın səhhətində ciddi problemlər var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 12 Noyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















