Icma.az
close
up
RU
“Onun məşuqəsi olmağa razılıq vermədiyimə görə ailəmizə bu cür divan tutuldu...”

“Onun məşuqəsi olmağa razılıq vermədiyimə görə ailəmizə bu cür divan tutuldu...”

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Anam iki il dörd ay həbsdə qaldı, ikinci dəfə həbs olunandan sonra daxili həbsxanada tam bir il təkadamlıq kamerada qaldı. Həbs cəzası qurtarandan sonra anamı - 72 yaşlı qadını əvvəlcə Mərəzə rayonuna, mənim onunla bir dəfə görüşdüyümü biləndən sonra isə uzaq Zərdab rayonuna sürgün etdilər. Bütün bunlardan əlavə, anamın Bakı şəhərindəki mənzilini də əlindən aldılar. Milis öz anamı evimə buraxmayacağım barədə məndən iltizam aldı. Yalnız Bağırov işdən çıxarılandan sonra anam Bakıya qayıda bildi...”

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
 
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
 
"İstintaq materiallarından...

Şahid Əlizadə Qəmər Süleyman qızı: 

(Əvvəli burada: )
“...Mən Bağırovun iyrənc təklini rədd edəndən sonra DTN işçiləri məni izləməyə başladılar. DTN-nin iki əməkdaşı məni addım-addım güdürdü... 

Ordubadda müəllim işləyən əmim qızı Sürəyya Tağıyeva öz həyətinin məhsulunu satıb qızıl sırğalar aldığına görə alverçi kimi həbs olundu. Hələ onun istintaqına başlamamış məndən Bakıdan çıxmamağım barədə iltizam aldılar. Məni sorğu-suala tutdular ki, Sürəyya bizə niyə gəlib, nə məqsədlə qızıl alıb və s. Mən başa düşdüm ki, onlar məni tora salıb, alverçilikdə günahlandıra bilərlər. Tutduğum vəkil mənə Azərbaycandan uzaqlaşmağı məsləhət gördü və məhkəməni inandırdı ki, bütün bu işlər məni həbsxanaya salmaq üçün qurulub... 

Kiçik oğlum Qasımı da götürüb hava limanına qaçdım, ərimin yanına uçmaq istədim. Ancaq iki orqan işçisi mənim Bakıdan çıxmaq ixtiyarım olmadığını, bu barədə dilimdən iltizam verdiyimi, əgər şərti pozarsam, məni həbs cəzası gözlədiyini bildirdi. O adamlar bildirdilər ki, sosialist əmlakını dağıdanlarla mübarizə şöbəsinin (SƏDM)işçiləridir... 

Həmin günlər qəzetlərdə “Məhkəmə zalından ” başlıqlı bir yazı dərc olundu. Həmin məqalədə deyilirdi ki, Əliəşrəf Əlizadənin arvadı öz evində alverçini gizlədib. Orada həmçinin qeyd olunurdu ki, mən həkiməm, ancaq heç bir yerdə işləmirəm... 

M.C.Bağırovun və T.Quliyevin təhrikilə Azərbaycan geologiya idarəsinin rəisi Abdullayev məni mənzilimdən çıxarmağa çalışırdı. Əvvəlcə o məndən mənzili boşaltmağı tələb etdi, sonra isə məhkəmənin evi boşaltmaq haqqında qərarını təqdim etdi. Məhkəmə, başqa yaşayış sahəsi verilmək şərtilə, dörd uşaqla tutduğum mənzildən köçməyim barədə qərar çıxarmışdı. Bağırovun göstərişi ilə Baksovetdən ardıcıl şəkildə 2-3 nəfər gəlir və mənzili boşaltmağı tələb edirdi... 

1948-ci ilin sonunda iki uşaqla (birinin 3, o birinin 7 yaşı vardı) ərimin yanınam - Türkmənistana gedirdim. Evdən çıxan kimi dörd yemelyanovçunun məni izlədiyini hiss etdim. Onlar məni gəmiyədək müşayiət etdilər. Gəmidə mənimlə bir kayutda Kislovodskdan olan müəllim Oryol Roiya Sergeyevna da gedirdi... 

Krasnovodskda gəmidən düşəndə sahildə dörd kişinin və əlində çamadan tutmuş bir qadının dayandığını gördüm. İki kişi məni o biri iki kişiyə göstərib getdi. Onların mənə qarşı nə isə təxribat hazırladığını duydum. Sahildəki kişilər çamadanlı qadına nə isə pıçıldayıb mənə tərəf işarə etdilər. Həmin dəqiqə qadın var səsi ilə çığırmağa başladı: “Tutun, oğrunu, tutun, qoymayın qaçsın”. Sahildəki iki kişi və özünü yetirən daha iki kişi məni əhatəyə alıb tutdular. Camaat ətrafımıza yığışmağa başladı. Həmin qadın hələ də çığırırdı: “Oğru, cibgir, mənim sənədlərimi və pullarımı oğurlayıb”. Kayutda birgə gəldiyimiz Oryol məni müdafiə etməyə, günahsız olduğumu sübut etməyə çalışdı. Ancaq bir şey çıxmadı, məni DTN-nin şöbəsinə gətirdilər və uşaqlarımla birgə bir otağa salıb qapısını bağladılar. Uşaqlarım qışqırıb-ağlamağa başladılar... 

Bizi bir neçə saat bağlı otaqda saxladılar. Sonra məni soyundurub axtarmağa başladılar. Uşaqlarımı da axtardılar, DTN əməkdaşları gəmi işçisindən mənim şeylərimi tələb ediblər. Yəqin ki, çamadanıma bir şey qoyub sonradan mənim əleyhimə əşyayi-dəlil kimi istifadə etmək istəyirmişlər. Lakin həmin gəmi işçisi ayıq tərpənərək, mənə məxsus olan şeyləri yalnız öz yanımda verə biləcəyini bildirib. Öz yanımda çamadanımdan axtarış aparıb, heç bir şey tapmadılar. Mən onların üstünə çığırmağa başladım: “Bu, Bağırovun, Yemelyanovun növbəti qurğularıdır. Sizsə, adınızı “sovet çekisti” qoymusunuz, görün, nə ilə məşğul olursunuz?!.” Bu vaxt qapıda bir dəstə Krasnovodsk sakini, türkmənlər yığışıb mənim azad olunmağımı tələb edirdilər. Həm də deyirdilər ki, bu təxribatı törədən çamadanlı qadın məşhur fahişədir... 

Mən 5 saatdan sonra azad olundum. Ərimin yanına gəlib çıxdım. O isə qəzet məqalələrindən xəbər tutan kimi Bağırovdan çəkinərək məni geri - Bakıya göndərdi. Mən uşaqlarımla ağır vəziyyətdə yaşamağa məcbur oldum. Yalnız bir neçə aydan sonra ərim mənimlə gizlicə görüşməyə başladı. Birinci dəfə ərimlə gizlin görüşmək üçün Stavropol vilayətinə getdim, ikinci dəfə Türkmənistanda, sonralar Kislovodskda, Yessentukidə və b. yerlərdə görüşdük. 1951-ci ildə mən ərimlə Türkmənistanda yenidən nigaha girdim, öz ərimə ikinci dəfə ərə getdim... 

Anam isə iki il dörd ay həbsdə qaldı, ikinci dəfə həbs olunandan sonra daxili həbsxanada tam bir il təkadamlıq kamerada qaldı. Həbs cəzası qurtarandan sonra anamı - 72 yaşlı qadını əvvəlcə Mərəzə rayonuna, mənim onunla bir dəfə görüşdüyümü biləndən sonra isə uzaq Zərdab rayonuna sürgün etdilər. Bütün bunlardan əlavə, anamın Bakı şəhərindəki mənzilini də əlindən aldılar. Milis öz anamı evimə buraxmayacağım barədə məndən iltizam aldı. Yalnız Bağırov işdən çıxarılandan sonra anam Bakıya qayıda bildi... 

Doktor Cavadovsa azad olunacağı günü görmədən həbs düşrəgəsində öldü. Beləliklə, ərim və qardaşım Bağırovun fəaliyyətini tənqir etdiklərinə, mənsə onun məşuqəsi olmağa razılıq vermədiyimə görə ailəmizə bu cür divan tutuldu...”

(Davamı var)

Təqdim etdi: Sultan Laçın 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Yanvar 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri