Icma.az
close
up
RU
Teatr sənətinin fədaisi Hüseyn Ərəblinski 145

Teatr sənətinin fədaisi Hüseyn Ərəblinski 145

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri Hüseyn Məmməd oğlu Xələfov (Hüseyn Ərəblinski) 145 il əvvəl - 1881-ci ildə Bakı şəhərində doğulub.

İlk təhsilini mollaxanada alan gələcəyin görkəmli aktyoru kasıblıq səbəbindən mollaxanadakı məktəbi buraxmağa məcbur olur. Yoxsul uşaqlarının savadlanmasına şərait yaradan tanınmış maarifçi müəllim Həbib bəy Mahmudbəyov yeniyetmə Hüseynin də özünün müəllim işlədiyi “Üçüncü rus-tatar” məktəbinə qəbul edilməsinə yardım edir.

Hüseynin teatr sənətinə gəlişinin təşəbbüskarı da məhz Həbib bəy olur. O, Mirzə Fətəli Axundovun pyeslərindən birini tamaşaya qoymaq istəyərkən kiçik rollar üçün aktyor tapmır və bu işə digər şagirdləri ilə birgə Hüseynш də cəlb edir.

1897-1900-cu illər arasında yalnız kiçik rollarda çıxış edən Hüseynin teatrdakı uğurları 1903-1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə bilavasitə bağlıdır. Belə ki, 1905-ci ildə Lənkərana qastrol zamanı “Müsibəti-Fəxrəddin” tamaşasında əsas rolu oynayacaq aktyor qəflətən xəstələnir. Çıxılmaz vəziyyətdə qalan truppa rəhbərliyi bu rolu Hüseynə həvalə edir.

Fəxrəddin rolunu məharətlə oynayan Hüseyn Ərəblinski çox keçmədən teatr səhnələrində istedadlı aktyor fəaliyyəti ilə tanınmağa başlayır. Sonralar “Nicat” Teatr Cəmiyyətində baş rejissor kimi tamaşalar göstərir və teatr mühitində bir sıra yeniliklərə, islahatlara imza atır. O, əldə bilet satmağı, qapı-qapı gəzib tamaşaçı toplamağı qadağan edir. Aktyorlara məvacib müəyyənləşdirir, mövhumatı təbliğ edən əsərləri repertuardan çıxarır. Bir çox dünya klassiklərinin, eləcə də, rus dramaturqlarının əsərlərini ilk dəfə Azərbaycan səhnəsinə gətirən məhz Hüseyn Ərəblinski olur.

Onun adı ilə Azəbaycan Respublikası Dövlət Tarix Arxivində “Bakı qradonaçalnikinin dəftərxanası” fondunun iki saxlama vahidindəki sənədlərdə rastlaşmaq mümkündür. Birinci saxlama vahidi “Müxtəlif şəxslərin tamaşaların, konsertlərin təşkili haqqında ərizələri” adlanır. 1913-cü ilin 14 martında “Ədəbi-bədii dərnək” zalında «Möhtəşəm beynəkxalq gecə”nin keçirilməsi üçün xeyriyyə cəmiyyəti tərəfindən Bakı şəhər qradonaçalnikindən icazə istənilir və qradonaçalnik də öz növbəsində Bakı Polismeysterinə tədbirin keçirilməsinə icazə verldiyini xəbərdar edir. Gecənin afişasında göstərilir ki, tamaşada rus dram artistləri ilə yanaşı müsəlman dram və opera artistləri də çıxışlar edəcəklətr. “Eqoizmin qurbanı” əsərindəki Atabəy rolunu isə Hüseyn Ərəblinski ifa edəcəkdir (f.46, siy.4, sax.vah.644, vər.38,40).

İkinci sənəd isə 3 oktyabr 1915-ci ilə aiddir. Bu təsis etdikləri Cəmiyyətin qeydiyyatdan keçirilməsi üçün sərəncamın verilməsi haqqında xahiş etməklə Müsəlman Drama Cəmiyyətinin təsisçilərinin - irsi bəylərin: Sadıx bəy, Əhməd bəy və Camo bəy Gəncinskinin Bakı qradonaçalniki P.İ.Martınova məktubudur. Məktubu imzalayanlar arasında bəylərlə yanaşı, bir neçə aktyorun, o cümlədən Hüseyn Ərəblinskinin də adı və məxsusi çəkdiyi qol var (f.46,siy.2, sax.vah.197, vər.1).

Altmışadək tamaşanın quruluşçu rejissoru, yetmişə qədər obrazın ifaçısı Ərəblinskinin bu rollar içərisində Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”ında Qacar, Qoqolun “Müfəttiş”ində Xlestakov, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində Fəxrəddin, Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyasında Heydər bəy, Şillerin “Qaçaqlar”ında Frans, Şekspirin “Otello”sunda Otello Hüseyn onun ən uğurlu rollarından sayılır.

1916-cı ildə Bakıda çəkilən “Neft və milyonlar səltənitində” filmində Lütfəli bəyi oynamışdır. Bu film onun çəkildiyi ilk və son filmdir.

Hüseyn Ərəblinski 17 mart 1919-cu ildə, yaradıçılığının məhsuldar çağında, 38 yaşında qətlə yetirilir. Sovet dövründə ölümü müsavatçıların adı ilə hallandırılsa da, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib. Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq qeyri-müəyyən bir mübahisə üstündə böyük sənətkarın həyatına son qoyub.

Məzarı Bakıdakı Fəxri xiyabandadır. 1969-cu ildə xatirəsini əbədiləşdirmək məqsədi ilə Sumqayıt Dövlət Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir. “O olmasın, bu olsun” və “Üzeyir ömrü” filmlərində obrazı canlandırılmışdır.

Rövşən Yerfi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Mart 2026 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri