Icma.az
close
up
RU
Teatrda minə yaxın girov, zəhərli qaz, azərbaycanlı həkimin CƏSARƏTİ

Teatrda minə yaxın girov, zəhərli qaz, azərbaycanlı həkimin CƏSARƏTİ

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2002-ci ilin oktyabrında Moskvanın “Dubrovka” teatr mərkəzində baş verən terror aktı hələ də yaddaşlardan silinməyib. 23 yaşlı çeçen Movsar Barayevin başçılıq etdiyi 40 nəfərdən ibarət silahlı dəstə (döyüşçülərdən bəziləri çeçen qızları idi) “Dubrovka” teatrını 800-dən artıq tamaşaçı ilə birlikdə ələ keçirərək, kompleksə bütün perimetri boyunca partlayıcı maddələr yerləşdirmişdi. Həmin vaxt girov düşənlər teatra “Nord-Ost” musiqi proqramına baxmağa gələn tamaşaçılar idi.

Oktybarın 23-26-sı arasında terrorçularla Rusiya rəhbərliyi arasında müxtəlif kanallarla danışıqlar aparılsa da, bu, nəticə verməmişdi.

Qeyd edək ki, girovlar arasında 4 nəfər Azərbaycan vətəndaşı, o cümlədən “Azərbaycan Hava Yolları” Aviaşirkətinin (AZAL) eks-prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva və qohumları da var idi.

O zaman çeçenlərlə danışıqlara gedən C.Əsgərov AZAL-ın Moskvadakı nümayəndəsi Eldar Hacıyevlə birlikdə öz həyat yoldaşını və digər ailə üzvlərini girovluqdan qurtara bilmişdi. Silahlılar azərbaycanlı girovları oktyabrın 24-də axşam saatlarında azadlığa buraxmışdılar.

Rus qoşunlarının Çeçenistan ərazisindən çıxarılmasını tələb edən silahlılar əks halda teatrı tamaşaçılarla birlikdə partladacaqları ilə hədələmişdilər.

Müğənni İosif Kobzon, Dövlət Dumasının o zamankı vitse-spikeri İrina Xakamada, deputat Qriqori Yavlinski, jurnalist Anna Politkovskaya, İnquşetiyanın o zamankı prezidenti Ruslan Auşev, Rusiya Federasiya Şurasının Çeçenistandan seçilən üzvü Aslanbek Aslanbekov, ölkənin baş uşaq həkimi Leonid Roşal və Rusiya Sənaye-Ticarət Palatasının sədri Yevgeni Primakov terrorçularla danışıqlar aparmaq üçün Nord-Ost teatrına daxil olmuşdular. Onlar ümumilikdə 75 nəfər girovun, əsasən də azyaşlı uşaqların azad olunmasına və girovlara tibbi yardım göstərilməsinə nail olmuşdular.

Bununla belə teatrda yüzlərlə girov xilas edilməmiş qalırdı. Çeçenlərlə danışıqlar nəticəsin qaldığından oktyabrın 26-sı səhər 5 radələrində Rusiya xüsusi təyinatlılarının zəhərli qazdan istifadə edərək həyata keçirdiyi xüsusi əməliyyat Movsar Barayev başda olmaqla, bütün 40 terrorçunun məhvinə və girov götürülən daha 130 tamaşaçının ölümünə yol açmışdı. 

Amma çox az adam bilir ki, həmin əməliyyat zamanı həlak olan 130 tamaşaçıdan biri milliyyətcə azərbaycanlı idi - Oleq Ələmdar oğlu Məhərləmov. Çoxsaylı şahid ifadələri ixtisasca həkim Oleq Məhərləmovun 3 günlük girovluq müddətində digər girovlara tibbi yarım etdiyini və özünü cəsarətli şəkildə apardığı sübut edir.

Lent.az saytı Oleq Məhərləmovun həyatına və “Nord-Ost”dakı teror aktı zamanı göstərdiyi şücaət barədə məlumatı təqdim edir.

2002-ci il oktyabrın 23-ü saat 21:05-də Moskvanın Melnikov küçəsində yerləşən “Dubrovka”  teatr mərkəzi qarşısında 3 mikroavtobus dayandı. Onların içərisindən çıxan komuflyajlı və silahlı şəxslər teatrın elektroşokla silahlanmış 5 mühafizəçisini asanlıqla zərərsizləşdirərək, binaya daxil oldular. Bu zaman heç nədən şübhələnməyən tamaşaçılar sonradan bütün bu faciəyə ad verəcək “Nord-Ost” müziklini seyr edirdilər. Qəfildən 8 artistin olduğu səhnəyə qalxan silahlılar teatrı ələ keçirdiklərini və artistlər də daxil olmaqla binadakı bütün şəxslərin girov olduqlarını elan etdilər. Girovlar arasında Krasnodar Diaqnostika Mərkəzinin Endoskopik ginekologiya şöbəsinin milliyətcə rus müdiri Vladislav Ponomaryov və həmin şöbənin həkimi Oleq Məhərləmov da var idi. Oktyabrın 22-də Krasnodardan Moskvaya “Ana və körpəsi” beynəlxalq konfransında iştirak etmək üçün gələn həkimlər növbəti gün asudə vaxtlarını səmərəli keçirmək üçün müziklə getmək qərarı vermişdilər. Bundan öncə, “Çikaqo” müziklini izləmiş dostlar bu dəfə başqa bir tamaşaya baxmağı qərara almışdılar – “Nord-Ost”u...

“Nord-Ost” hadisələrində zəhərlənsə də, sağ qalan Ponomaryov “qara 23 oktyabr” günü əslində azərbaycanlı həmkarı ilə “42-ci küçə” tamaşasına getməyi düşündüklərini deyir. İngilis dilini yaxşı bildiyi üçün Ponomaryov dostuna təkid etdiyini də xatırlayır.

Lakin son məqamda ingilis dilində heç nəyi başa düşməyəcəyini söyləyən Oleq Məhərləmovun təkidi ilə onlar “42-ci küçə” müziklı üçün aldıqları biletləri geri qaytararaq, Rusiya səhnəsində anşlaqla göstərilən 4 milyon dollar büdcəyə malik “Nord-Ost” tamaşasına getməyə qərar verirlər.

Teatrın çeçen döyüşçüləri tərəfindən ələ keçirildiyini başa düşdükləri məqamı Vladislav Ponomaryov xüsusi həyəcanla xatırlayır.

“Girov götürüldüyümüzü anladıqdan bir az keçəndən sonra tamaşaçıların bir-birinin ardınca huşlarını itirdiyini, kimdəsə ürək tutması, başqasında epilepsiya, bir başqasında isə sakit isterika olduğunu müşahidə etdik. Mən və Oleq terroçulardan xahiş etdik ki, insanlara kömək etməyə icazə versinlər. Zalın digər başında Aleksandr adlı daha bir həkim də bizə yarıdm edirdi.

Çeçen silahlıları əvvəlcə bizimlə kobud davranırdılar. Lakin biz çalışdırdıq sübut edək ki, xəstə insanlara yardım etmək lazımdır. Əgər xəstələrdən kiməsə pis olurdusa, o, oturacaqdan əlini qaldırırdı və biz ona yaxınlaşırdıq”-deyə Ponomaryov xatırlayır.

Girovluğun birinci günü həkimlər dərman yoxluğu səbəbindən bacarqıdları qədər insanlara yardım ediblər. Ürək xəstəliyindən əziyyət çəkənlərə ürək masajı edir, qan dövranı pozulanların başını yuxarı qaldırıblar. Növbəti gün ürək cərrahı Leonid Roşala teatra dərman preparatları gətirməyə icazə verilir. Vladislav Ponomaryov Oleq Məhərləmovla buna çox sevindiklərini xatırlayır. “Zala dərmanlar gətiriləndə çox xoşbəxt olduq. Orada hər şeydən bir az – “Sitramon”, “Validol”, iynələr, sarğı materialları və s. var idi.  İndi hansısa girovun səhhəti pisləşəndə biz ona iynə vura bilərdik”.

Məhz Vladislav Ponomaryov və Oleq Məhərləmov terrorçuların açdığı atəşdən sonra zalı qaçaraq tərk etmək istəyən qadın və kişi girova ilk tibbi yardımı göstərmişdilər. Onların yaralılara yaxınlaşdığını görən terrorçular avtomatı başlarına tuşlasalar da, öz həkimlik borcuna sadiq olan Vladislav Ponomaryov və Oleq Məhərləmov çətinliklə də olsa, silahlıları yaralılara yardım göstərməyə razı sala bilmişdilər. Daha sonra yaralılar binadan çıxarılan zaman Məhərləmov və Ponomaryov yaralını xərəklə “Dubrovka”nın giriş qapılarında təhvil verərək geri qayıtmışdılar.      

“Biz anlayırdıq ki, terrorçular öz hədələrini gerçəkləşdirsələr hamımız həlak olacayıq. Mən Oleqə dedim: “Əgər nəsə baş verərsə, arxamca qaç”. Qazı buraxanda öz maykalarımızı su ilə islatdıq, ağzımıza tutduq və oturacaqların arasında oturduq. Zəhərli qazın təsiri ilə huşumu itirdim”.

Ponamoryovun “Dubrovka”dan son xatirəsi yanında huşunu itirməkdə olan həkim dostu Oleq Məhərləmovun siması olub.

Bir də yalnız 7 nömrəli Moskva xəstəxanasında özünə gələn Vladislav Ponomaryov burada dostu Oleq Məhərləmovun öldüyünü öyrənir. Hətta girovluq müddətində də “Hippokrat andı”na sadiq qalan Oleq Məhərləmov zəhərli qazın təsirindən huşunu itirmiş və bir daha özünə gələ bilməmişdi. Terrorçular məhv ediləndən sonra Oleqi də Moskvanın 13 nömrəli xəstəxanasına gətirmişdilər. Azərbaycanlı həkimin həyat yoldaşı İnna Məhərləmova ərinin cəsədini orada tanımışdı.

Rusiyanın məşhur uşaq cərrahı və ictimai xadimi Leonid Roşal da Oleq Məhərləmov barədə xatirələrini bölüşüb. “Nord-Ost” hadisələri zamanı terrorçuların icazəsi ilə teatrdakı girovlara tibbi vasitələr aparan Roşal tamaşa zalındakı vəziyyəti öz gözləri ilə görmüşdü. 2002-ci il dekabrın 27-də çıxan “Tibb” qəzetinin 104-cü sayında məşhur həkim teatrda girov götürülən tamaşaçılar arasındakı həmkarlarından danışmışdı. Bu zaman o, Oleq Məhərləmovu da xatırlamıdşı.

“Teatr mərkəzində girov götürülən həkimlər haqda da danışmaq istəyirəm. Mən bu vaxta qədər bu haqda danışmamışdım. Hesablamalarıma görə, girovlar arasında 15 həkim var idi və təkcə moskvalı yox, digər bölgələrdən də. Onlar müxtəlif ixtisaslara – anestezioloq, pediatr, kardioloq, oftalmoloq, cərrah və ginekoloq ixtisaslı həkimlər idi. Həmin 15 həkimdən 2-si həlak oldu. Oleq Ələmdəroviç Məhərləmov da həlak olmuşdu. Onun 36 yaşı var idi. Kuban Tibb İnstitutunu bitirmişdi. Tibb elmləri namizədi idi. Krasnodardakı 2 nömrəli şəhər xəstəxanasında Endoskopik ginekologiya şöbəsinin ordinatoru işləyirdi. O azərbaycanlı idi” .

1967-ci ildə Krasnodar şəhərində anadan olan Oleq Məhərləmov atası azərbaycanlı idi, o, milliyətcə rus olan anasını erkən yaşda itirdiyi üçün həkim-ginekoloq olmaq qərarına gəlmişdi. Və bütün ömrünü qadınlara övlad xoşbəxtliyi bəxş etməyə sərf etməyə söz vermişdi.

“Nord-Ost” hadisələri zamanı da onun yardımı bir çox girovların ölümünü əngəlləmişdi.

Bu gün Oleq Məhərləmovun qızının 36, oğlunun isə 27 yaşı var. Onlar anaları İnna ilə yaşayırlar.  

Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə Oleq Ələmdar oğlu Məhərləmov ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunub. Oleq Məhərləmovun 1972-1982-ci illərdə təhsil adlığı Krasnodardakı 4 nömrəli məktəbdə isə azərbaycanlı həkimin xatirə lövhəsi vurulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Mart 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri