Icma.az
close
up
RU
“Teatrın dostu” mükafatı təqdim olundu: Kukla Teatrı daha bir mövsümü uğurla başa vurdu

“Teatrın dostu” mükafatı təqdim olundu: Kukla Teatrı daha bir mövsümü uğurla başa vurdu

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Kukla Teatrında sənət ocağının 93-cü mövsümünün bağlanış və Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri üçün təsis olunan ənənəvi "Teatrın dostu" mükafatının təqdimat mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva, deputatlar Jalə Əliyeva, Elnarə Akimova, eləcə də Mədəniyyət Nazirliyi təmsilçiləri, Meksikanın ölkəmizdəki səfiri Viktoriya Romero, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti İlham Namiq Kamal, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə başa çatmaqda olan mövsümə nəzər salıb. Onun sözlərinə görə, Azərbaycan Dövlət Kukla Teatrının 2025-ci il festival gündəliyi də zəngin olub:

"İlk olaraq Türkiyədə IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalında iştirak etdi.

Teatrın heyəti aprelin 21-dən 26-dək Türkiyədə səfərdə oldu və bu çərçivədə tamaşaçılara “Cırtdanın Türkiyə macəraları” adlı tamaşa-konsert təqdim olundu.

Onu da qeyd edim ki, bu festivala biz də ev sahibliyi edirik. Yəni qardaş Türkiyə ilə Azərbaycan kuklaçılarının müştərək sənət aksiyasıdır.

Kuklaçılar 20-26 may 2025-ci il tarixlərində qardaş ölkə Qazaxıstanın Almatı şəhərində “Orteke” VII Beynəlxalq Kukla Teatrları Festivalında “Melisa” tamaşası ilə çıxış edərək Qazaxıstan Mədəniyyət və İnformasiya nazirinin xüsusi təşəkkürnaməsini aldılar.

Təmsilçilərimiz 10-16 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Beynəlxalq “DEMMENİFEST - 2025” Kukla Teatrları Festivalında da uğurlara imza atdılar.

Qeyd edək ki, E. S. Demmeni adına Sankt-Peterburq Dövlət Marionet Teatrının İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr etdiyi festival “Dünya bizim əllərimizdədir” şüarı ilə keçirilirdi və kuklaçılar tədbirdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş “İnnab ağacı” tamaşası ilə çıxış etdilər.

Daxili qastrol proqramı çərçivəsində Göyçay, İsmayıllı, Lənkəran şəhərlərinə qastrol proqramlarını reallaşdırdıq.

Onu da deyim ki, bir teatr təşkilatı olaraq işğaldan azad olunan, böyük köçün qayıtdığı torpaqlarımızın balaca sakinləri qarşısında teatr kollektivi kimi ilk çıxış da biz kuklaçıların payına düşdü.

Beləcə Zəngilan, Laçın, Şuşanın ardınca Füzuli və Ağdam şəhərlərində də fərqli tamaşa-konsert proqramları ilə çıxışlar etdik.

Həmçinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə öz səhnəmizlə yanaşı səyyar olaraq bölgələrdə və paytaxtda sosial aksiyalarımız geniş vüsət aldı.

Bu mövsümdə teatrımızda Polşa və Meksika respublikalarının ölkəmizdəki səfirlikləri ilə birgə Polşa və Meksika kukla sənəti ilə bağlı maraqlı sərgilər də oldu. Sözsüz ki, müxtəlif mədəniyyətlərin, teatr sənətlərinin təbliğində bu kimi aksiyalar maraqlıdır.

Bu mövsümdə Gürcüstan və Özbəkistan kukla teatrları ilə əməkdaşlıq haqqında yeni mərhələyə qədəm qoyduq. Qarşılıqlı qastraol səfərləri, festival və tamaşa hazırlanması kimi fərqli sitiqamətləri əhatə edən bu əməkdaşlıq müqavilələrinin təzahürü olan təşəbbüslər qarşıdakı mövsümdən özünün icrasına başlayacaq.

Teatr-tamaşa müəssisəsi kimi tamaşa planımızı bu mövsümdə də artıqlaması ilə yerinə yetirmişik.

Plan və plandankənar olmaqla 7 yeni səhnə əsəri – “Nənəmin aş qazanı”, “Şaxta baba haradadır?”, “Yalquzaq”, “Bir dəfə Şamaxı xanlığında”, “Leylək və Müqəvva”, “Sirli dolça” və “İnnab ağacı” tamaşaları balaca teatrsevərlərin ixtiyarına verildi".

Teatr direktoru ilin sonunadək daha üç səhnə əsərinin hazırlanacağını və daha 2 beynəlxalq festivalda iştirak edəcəklərini də diqqətə çatdırıb.

Deputatlar Günay Əfəndiyeva, Jalə Əliyeva və Elnarə Akimova milli kukla sənətimizin inkişafında bu teatrın müstəsna rol oynadığını deyiblər. Bildiriblər ki, yetişən nəsillərin incəsənətə, bu vasitə ilə cəmiyyətə münasibətinin formalaşmasında kukla teatrı və kukla sənəti böyük rol oynayır.

Bu mənada ömrünü bu sənətə həsr edənləri fədakar adlandırıblar. Həyatının böyük hissəsini şırma arxasında keçirməklə Vətən övladlarının sənət zövqünü formalaşdıran bütün kuklaçılara təşəkkür ediblər, onların əməyinin daim yüksək qiymətə layiq olduğunu deyiblər.

Tədbir millət vəkillərinə və media təmsilçilərinə "Teatrın dostu" rəmzi mükafatının təqdimatı ilə davam edib.

Bağlanış mərasimində teatrın dörd əməkdaşına - Əməkdar artist Rəhman Rəhmanov və Əməkdar mədəniyyət işçisi Aslan Fətullayeva Teatr Xadimləri İttifaqının təsis etdiyi "Teatr fədaisi" medalları, sənət ocağının dram artistləri Lina Məmmədova və Afət Zülfüqarovaya ittifaqın Fəxri fərmanları təqdim olunub.

Təltifçilərin simasında bütün kuklaçıları və media mənsublarını təbrik edən ittifaqın sədr müavini, Xalq artisti İlham Namiz Kamal fədailik, sənətə təmannasız bağlılıq tələb edən kukla sənətini yaşadan və gələcək nəsillərə çatdıran sənət insanlarına, istedadlı və peşəkar kuklaçılara, onların əməyini, ümumən teatr sənətimizi daim təbliğ edən mətbuat nümayəndələrinə, media təmsilçilərinə təşəkkür edib.

Çıxışların ardınca bir neçə jurnalistə "Teatrın dostu" mükafatları təqdim olunub. Qeyd edək ki, təltif olunanlar sırasında Bakıvaxtı.az xəbər portalının baş redaltoru Qalib İbrahimoğlu da var.

Cari mövsüm ərzində səmərəli fəaliyyətinə görə seçilən kolletiv üzvlərinin də təqdimatından sonra tədbir musiqi nömrələri ilə davam edib.

Sevilən ifaçılar, Əməkdar artistlər Elza Seyidcahan və Firuzə İbadova, Müstəqil "Oyuq" Uşaq Teatrı dillər əzbəri olan mahnılarını ifa ediblər, sənət ocağı və kolletivi haqqında xoş sözlərini dilə gətiriblər, qarşıdan gələn Milli Mətbuat və Jurnalistika günü mansibətilə media nümayəndələrini, milli mətbuatımızın fədakarlarını təbrik edərək, onlara yeni yaradıcılıq uğurları arzulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 İyul 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri