Icma.az
close
up
RU
Bakının tarixi binaları Kukla Teatrı…

Bakının tarixi binaları Kukla Teatrı…

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının fəaliyyət göstərdiyi bina 1909-1910-cu illərdə yeni bulvarda memar İ.K.Ploşkonun layihəsi əsasında inşa edilib.

İstismara verildiyi illərdə “Fenomen” adı altında kinoteatr kimi istifadə edilən bina fərqli yaradıcılıq təşkilatlarına xidmət edib.

1921-ci ildə memar Zivər bəy Əhmədbəyovun iştirakı ilə təmir-bərpa işləri aparılan tikilidə müxtəlif vaxtlarda “Satiraqit” teatrı, Musiqili Komediya Teatrı, Kənd Təsərrüfatı Nailiyyətləri Muzeyi, daha sonra isə SSRİ Xalq artisti Rəşid Behbudovun Mahnı teatrı fəaliyyət göstərib.

Binanın tikintisində xüsusi diqqətçəkən məqam ventilyasiya sistemi idi. Bu, Bakı üçün yenilik hesab edilirdi. Tikilinin frontonunu (üfüqi və iki maili karnizdən yaranan üçbucaq) dörd qədim yunan allahı – Merkuri, Baxusa, Poseydon və Afrodita bəzəyirdi. Heykəllərin ikisi qarşı, digər ikisi isə yan fasadlarda yerləşdirilmişdi.

1952-ci ildə binada Kənd Təsərrüfatı Nailiyyətləri Muzeyi açıldığı zaman bu dörd heykəl ləğv edilərək əvəzində tikilinin qarşısında müstəqil postament üzərində çoban heykəlləri qoyulub.

1970-ci ilin əvvəllərində bina Azərbaycan Dövlət Kukla Teatrının istifadəsinə verilib. 1980-ci ilin axırlarında teatrda təmir aparılıb və azacıq korlanan binanın fasad hissəsinin tarixi siması özünə qaytarılıb. 2007-ci il dekabrın 26-da təmirdən sonra Kukla teatrı yenidən fəaliyyətə başlayır. 2700 kv.m sahəsi və 200 tamaşaçı yeri olan teatrın foyesində, divarların səthində məşhur nağıl qəhrəmanlarımız əsasında iri rəsmlər işlənib.//bakuplus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:968
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see402

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see283

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see278

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see272

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see269

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see267

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see265

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see263

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see262

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see261

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see247

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see239

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see239

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see238

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see237

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see237

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see236

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see235

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri