TƏBİB in “815” Çağrı Mərkəzinə 50 minə yaxın müraciət daxil olub
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabrından fəaliyyət göstərir. Mərkəzin yaradılmasında əsas məqsəd müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.
“Qafqazinfo” xəbər verir ki, Çağrı Mərkəzinə 2025-ci il ərzində 50 minə yaxın müraciət daxil olub.
Bu müraciətlərdən 48 mini yerində cavablandırılıb, 2 min müraciət isə Çağrı Xidməti tərəfindən araşdırılması üçün qəbul edilib. Müraciətlər, əsasən, kadr potensialı, əlilliklə bağlı məsələlər, tibbi xidmətin təşkili ilə bağlı olub.
“815” Çağrı Xidməti olaraq daim innovasiyalar izlənilir və xidmətlər həmin yeniliklərə uyğunlaşdırılır. Hazırda təkrar daxil olan müraciətlərin robot tərəfindən cavablandırılması istiqamətində iş aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 19 İyun 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















