TƏBİB in Çağrı mərkəzinə cari ilin ilk rübündə 32 mindən çox müraciət daxil olub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 8 aprel, AZƏRTAC
2025-ci ilin ilk rübü (yanvar-mart) ərzində TƏBİB-in “815” Çağrı mərkəzinə ümumilikdə 32 min 180 zəng daxil olub. Bu barədə AZƏRTAC- a TƏBİB- dən məlumat verilib. Bildirilib ki, müraciətlərdən 31 min 161 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 1019 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 452 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 502 müraciətlə bağlı məsələ həll edilib, 66 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.
Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.
Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 08 Aprel 2025 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















