Icma.az
close
up
RU
Cəzaçəkmə müəssisələrində İİV profilaktikası ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirildi

Cəzaçəkmə müəssisələrində İİV profilaktikası ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirildi

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəzaçəkmə müəssisələrində İİV-QİÇS-li məhkumlara psixo-sosial dəstək və risk qrupları arasında İİV-profilaktikası” layihəsini həyata keçirib. Layihə cəzaçəkmə müəssislərində məhkumlar arasında İİV/QİÇS haqqında maarifləndirmə və İVV/QİÇS-lə münasibətdə yüksək riskli şəxslərə sosial-psixoloji dəstəyin göstərilməsindən bəhs edir. Layihənin məqsədi cəzaçəkmə müəssisələrində İİV/QİÇS-in profilaktikası və həmin şəxslərə psixo-sosial dəstək xidmətlərinin göstərilməsidir.
İnsanın immuniteti ilə əlaqəli olan "insan immunçatışmamazlığı virusunun yayılması hazırda aktual problemdir. Belə ki, virus hər il artmaqdadır. İnfeksiyon xəstəliklərin insanların sıx yerləşdiyi ərazilərdə geniş yayılması üçün şərait əlverişli olur. İİV/QİÇS qanla, cinsi yolla və anadan uşağa yolları ilə yoluxur. Virusun yeganə mənbəyi məhz insandır. Məlumatlılıq səviyyəsinin yüksək olması virusun da bir də yoluxma yollarının qarşısını alır. Ani bir diqqətsizlik virusun ötürülməsinə səbəb ola bilər. Ölkəmizdə daha çox inyeksion narkotik arasında yayılan virus sonu ölümlə nəticələnən xəstəliklərə səbəb olur.
 

Cəzaçəkmə müəssisələrində olan məhkumların infeksion xəstəliklər haqda məlumatsızlığı da qeyd edilən virusların artmasına səbəb olur. Habelə onların cəzaçəkmə müəssisələrini tərk etdikdən sonra sosial adaptasiya problemləri də, yaranır. Qeyd edilən problemlərin həllində vətəndaş cəmiyyəti institutları və dövlət qurumlarının əməkdaşlığı məqsədəmüvafiqdir.


“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Şura cəzaçəkmə müəssisələrində maarifləndirmə yönümlü müxtəlif layihələr həyata keçirib. Təcrübəyə əsasən İİV/QİÇS-lə münasibətdə yüksək riskli şəxslərə davamlı psixo-sosial yardım göstərilmədikdə və onlar arasında maarifləndirmə aparılmadıqda yoluxma sayı artır. Məhz layihə vasitəsilə cəzaçəkmə müəssisələrində İİV/QİÇS-lə bağlı maarifləndirməni və yüksək İVV/QİÇS riskində olan məhkumlara psixo-sosial dəstək xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində penitensiar xidmətin cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilib. Tədbirlər vasitəsilə İİV/QİÇS, onun yaratdığı problemlər, infeksiyon xəstəliklər, cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin sosial adaptasiyası haqda məlumatlar verilib. Görüşlər zamanı ilkin psixo-sosial yardım, tibbi xidmətlər üzrə maarifləndirmə də baş tutub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Noyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri