Icma.az
close
up
RU
TƏBİB robotik cərrahiyyənın tətbiqinə hazırlaşır

TƏBİB robotik cərrahiyyənın tətbiqinə hazırlaşır

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Tibb müəssisələrində səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, innovativ tibbi həllərin tətbiqi, ən son tibbi texnologiyaların və cərrahi xidmətlərin ölkə səhiyyəsinə qazandırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, yeni dövr səhiyyəsində daha bir uğurlu prosesə başlanılıb. Qarşıya qoyulan strateji hədəflərə uyğun olaraq TƏBİB tabeli tibb müəssisələrində robotik cərrahiyyə xidmətlərinin tətbiqinə hazırlıq məqsədilə yerli mütəxəssislərin beynəlxalq təcrübəsindən yararlanacaq.

Bu məqsədlə Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədov, Ümumi cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov, ümumi cərrahlar Möhsüm Əsgərov və Elvin Tanrıverdi Türkiyənin Acıbadem Universitetinin robotik tədris mərkəzində təşkil olunan robotik cərrahiyyə üzrə ixtisaslaşdırılmış kurslarda iştirak ediblər. Bu kurslarda iştirakçılara robotik cərrahiyyənin nəzəri əsasları, texniki imkanları və klinik tətbiq sahələri üzrə ətraflı məlumat verilib.

“TOUMAI® Endoskopik cərrahi sistem üzrə Console Surgeon (Konsol Cərrahı)” kursunu tamamlayan Eldar Əhmədov və Elşən Qədimov robotun qolları və cərrahi alətlərin yüksək dəqiqliklə idarə olunması, 3D böyüdülmüş görüntü vasitəsilə əməliyyat sahəsinin real vaxtda izlənilməsi, kəsik, tikiş, disseksiya kimi əsas cərrahi manevrlərin icrası üzrə praktiki bacarıqlar əldə edib. 

Kurs çərçivəsində robotik sistemlərin klinik üstünlükləri, minimal invaziv yanaşmaların effektivliyi və pasiyent təhlükəsizliyinin artırılması istiqamətində beynəlxalq təcrübə qazanılıb. 

Eyni sistem üzrə “Patient Side Assistant (Xəstə Tərəfi Assistent)” kursunu bitirən Möhsüm Əsgərov və Elvin Tanrıverdi isə əməliyyat zamanı xəstənin yanında fəaliyyət göstərərək robotik alətlərin düzgün yerləşdirilməsi və dəyişdirilməsi, texniki proseslərin fasiləsizliyinin təmin olunması, təhlükəsizlik protokollarına riayət edilməsi və cərrahi komanda ilə koordinasiyanın gücləndirilməsi üzrə ixtisaslaşıb. Onlar, həmçinin mümkün texniki risklərin vaxtında qarşısının alınması və əməliyyatın optimal gedişinin təmin edilməsi sahəsində praktiki biliklər qazanıb.

Təlimlər zamanı minimal invaziv yanaşmalar əsasında icra olunan cərrahi əməliyyatların üstünlükləri, o cümlədən daha yüksək dəqiqlik, əməliyyat zamanı və sonrasında risklərin minimuma endirilməsi, fəsadların azalması, pasiyentlərin daha qısa müddətdə bərpası kimi mühüm məqamlar praktiki nümunələrlə izah olunub. 

Təlimlər beynəlxalq sertifikatlı mütəxəssislər tərəfindən aparılıb və müasir tibbi protokollara əsaslanıb. 
Qeyd edək ki, robotik cərrahiyyə ənənəvi açıq və laparoskopik üsullarla müqayisədə cərraha daha geniş görüntü imkanları, yüksək manevr qabiliyyəti və dəqiqlik təqdim etməklə yanaşı, pasiyent məmnunluğunun artmasına və müalicə nəticələrinin yaxşılaşmasına mühüm töhfə verir. 

TƏBİB tərəfindən həyata keçirilən bu cür beynəlxalq təlim və təcrübə proqramları gələcəkdə ölkəmizdə robotik cərrahiyyə xidmətlərinin geniş tətbiqini, tibbi kadrların bilik və bacarıqlarının sistemli şəkildə artırılmasını, qabaqcıl texnologiyaların klinik praktikaya inteqrasiyasını, eləcə də vətəndaşlara daha təhlükəsiz, effektiv və müasir səhiyyə xidmətlərinin göstərilməsini hədəf alır.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Dekabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see214

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see190

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see142

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri