TƏBİB payız qış mövsümünə necə hazırlaşır?
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 11 noyabr, AZƏRTAC
Payız-qış mövsümünə hazırlıq məqsədilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində pasiyentlərin vaxtında və keyfiyyətli tibbi xidmətlə təmin olunması, eləcə də mümkün müraciət artımına hazırlığın təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu çərçivədə stasionar xidmətin təşkili, çarpayı fondunun mövcud vəziyyəti və zərurət yarandığı halda əlavə resurslardan istifadə imkanları diqqətdə saxlanılır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib. Bildirilib ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin yoluxucu xəstəliklər şöbələrində kifayət qədər çarpayı ehtiyatı mövcuddur.
Qeyd edək ki, qrip və digər respirator xəstəliklər, əsasən ambulator şəraitdə müalicə olunur. Belə ki, xəstəliyə yoluxan şəxslər ilkin səhiyyə xidməti həkimlərinin müşahidəsi altında müvafiq müalicə alır və müalicələrini ev şəraitində davam etdirirlər. Lakin xəstəliyin ağırlaşması və ya stasionar müalicəyə ehtiyac yarandığı hallarda pasiyentlərin tibb müəssisələrinə hospitalizasiyası təmin edilir. Həmçinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrində qripə qarşı vaksinasiya aparılır.
Müxbir- Günel Türksoy
Baxış sayı:95
Bu xəbər 11 Noyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















