Icma.az
close
up
RU
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir? KONKRET

TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir? KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səhiyyə sistemində son dövrlər aparılan struktur dəyişiklikləri, islahatlar müzakirələrə səbəb olub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdirilməsi paralel idarəetmə mexanizmləri məsələsini gündəmə gətirib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev sığorta sistemindən ƏƏSMN-ə keçidi və yeni strukturda rolu da diqqət mərkəzindədir.

Eyni zamanda, TƏBİB və Səhiyyə Nazirliyi arasında səlahiyyət bölgüsü, funksional təkrarlanma və koordinasiya problemləri uzun müddətdir tənqid olunur və sistemin effektivliyinə birbaşa təsir edir.

Digər tərəfdən, Vüqar Qurbanovun TƏBİB sədrliyindən uzaqlaşdırılması, eləcə də onunla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev arasında korrupsiya iddiaları müzakirələri daha da dərinləşib. Bu fonda birinin vəzifədən kənarlaşdırılması, digərinin isə yeni strukturda irəli çəkilməsi islahatların kadr siyasəti aspektini də gündəmə gətirir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ƏƏSMN-ə birləşdirildi, bəs TƏBİB-in taleyi necə olacaq? Onun Səhiyyə Nazirliyinə birləşdirilməsi mümkündürmü? Vüqar Qurbanov niyə qurbanlıq seçildi, amma Zaur Əliyev xilas oldu?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycanda səhiyyənin təşkili dünya praktikasına uyğun deyil.

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi dublikat strukturlar yaradılmır, əksinə, inkişaf etmiş ölkələrdə idarəetmə paralel qurumların aradan qaldırılması yolu ilə təkmilləşdirilir:

“Səhiyyə sistemi dövlətin təhlükəsizliyinin əsas sütunlarındandır. Dövlətin mövcudluğunu birbaşa müəyyən edən amillərdən hesab olunur. Belə bir sahədə eksperimentlərin aparılması, beynəlxalq təcrübəyə zidd addımların atılması yalnız vətəndaşların konstitusion sağlamlıq hüququnun pozulmasına deyil, eyni zamanda, dövlət üçün ciddi təhlükələr yaradır”.

S.Cəlaloğlu qeyd edib ki, həmin korrupsiya faktlarını dəfələrlə mətbuatda səsləndirib, lakin vəziyyət dəyişməyib:

“Əksinə, bu qurumlar saxlanılır və səhiyyə sisteminin vəziyyəti günbəgün daha da pisləşir. Tibbi xidmətin keyfiyyəti aşağı düşür, səhiyyə orqanları üzərində nəzarət isə demək olar ki, sıfır səviyyəsindədir. Konkret vahid idarəetmə orqanı olmadığı üçün hər hansı məsələ üzrə kimin məsuliyyət daşıdığı və hansı səlahiyyətlərə malik olduğu aydın deyil”.

Onun sözlərinə görə, tibb sistemindəki nəzarətsizlik ciddi və təhlükəli nəticələr doğurur:

“Azərbaycanda tibbi təhsili olmayan şəxslərin həkimlik fəaliyyəti ilə məşğul olması barədə çoxsaylı faktlar ortaya çıxıb. Belə hallar səhiyyə sistemində ikili idarəetmənin, yəni dublikat strukturların mövcudluğunun nəticəsidir. Səhiyyə Nazirliyi ilə TƏBİB arasındakı rəqabət də sağlam xarakter daşımır. Bu, keyfiyyətin artırılması naminə deyil, daha çox maraqlar və qeyri-rəsmi gəlirlər uğrunda aparılan mübarizədir”.

S.Cəlaloğlunun fikrincə, bu vəziyyətin əsas yükü vətəndaşların üzərinə düşür:

“İnsanlar günbəgün artan səhiyyə xərcləri ilə üzləşirlər, lakin effektiv və keyfiyyətli tibbi xidmət ala bilmirlər. Bunun ən açıq göstəricilərindən biri də odur ki, yüksək vəzifəli şəxslər belə müalicə üçün xarici ölkələrə üz tuturlar. Bu isə yerli səhiyyə sisteminə etimadsızlığın bariz nümunəsidir”.

Partiya sədri konkret bir faktı da misal çəkib:

“Bakıda uzun müddət müəyyən diaqnozla müalicə olunan bir xəstə Türkiyədə müayinədən keçdikdən sonra məlum olub ki, ona qoyulan diaqnoz tamamilə səhv imiş. Tətbiq edilən müalicə də düzgün olmayıb. Nəticədə xəstə nəinki sağalıb, əksinə əlavə problemlərlə üzləşib”.

S.Cəlaloğlu bildirib ki, mövcud vəziyyət ciddi sosial nəticələr doğurur:

“Dərmanların və tibbi xidmətlərin qiymətləri sürətlə artır, lakin keyfiyyət bununla uzlaşmır. Xəstəxanalarda uzun növbələr yaranır və vətəndaşların əksəriyyəti xidmətlərdən narazıdır. Əhalinin tələbatını ödəməyən belə bir sistemin mövcudluğu qəbuledilməzdir. Bu sahədə köklü və sistemli islahatlar aparılmasa, problemlər daha da dərinləşəcək və nəticədə zərər yenə də vətəndaşların üzərinə düşəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Aprel 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri