TƏBİB Səhiyyə Nazirliyinə BİRLƏŞDİRİLDİ Növbə hansı qurumlarındır?
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda son illərdə dövlət idarəçiliyində bir sıra struktur dəyişiklikləri aparılıb. Bəzi qurumlar ləğv edilərək onların funksiyaları digər dövlət orqanlarına verilib, bəziləri isə yenidən təşkil olunaraq fərqli idarəetmə modelinə keçirilib.
Oktyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Bununla da digər qurumlarda da oxşar addımların atılıb-atılmayacağı gündəmə gəlib.
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı Natiq Cəfərli deyib ki, ən çox diqqət çəkən məsələlərdən biri nəqliyyat və yol infrastrukturu sahəsində fəaliyyət göstərən qurumlarla bağlıdır.
“Yol infrastrukturu ilə məşğul olan müxtəlif təşkilatlar, həmçinin nəqliyyat sahəsinə cavabdeh bir neçə qurum var. Onların birləşdirilməsi variantı nəzərdən keçirilə bilər. Belə bir təmərküzləşmə mümkündür. Bunun hansı istiqamətdə və hansı strategiya əsasında həyata keçiriləcəyini isə yaxın zamanda görəcəyik”.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 22 Oktyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















