Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

TƏBİB Vətən müharibəsi veteranı olan stomatoloqu işdən çıxardı

TƏBİB Vətən müharibəsi veteranı olan stomatoloqu işdən çıxardı

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Son günlər Azərbaycanın rayonlarında fəaliyyət göstərən stomatoloqların işdən çıxarılmaları ilə bağlı etirazlar artır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işdən azad etdiyi həkimlər arasında Vətən müharibəsi veteranları, çoxuşaqlı həkimlər də var.

Qərara etiraz edənlərdən biri Neftçala Rayon Mərkəzi xəstəxanasının həkim-stomatoloqu Üzeyir Hüseynov Pravda.az-a şikayətində deyib ki, TƏBİB tərəfindən kütləvi informasiya vasitələrinə təqdim edilən rəsmi açıqlamada stomatoloq həkimlərin ixtisarı ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad edildiyi bildirilir.

“Vətən müharibəsi veteranıyam. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə mükafatlandırılmışam və təqaüd alıram. Eyni zamanda himayəmdə dörd övladım var. Sadaladığım hallar Əmək Məcəlləsinin 78.2-ci hissəsində ixtisar zamanı işdə saxlanılmaya üstünlük verən əsaslar sırasında birbaşa nəzərdə tutulur. Qanuna əsasən, peşəkarlıq səviyyələri eyni olduqda qeyd olunan kateqoriyaya aid olan işçilərin işdə saxlanılması məcburidir. Sahil Babayev əmək və əhalinin sosial müdafiə naziri vəzifəsində çalışarkən bildirmişdi ki, veteranları işlə təmin edirik, 80 manat veteran təqaüdü buna görə artırılmır. TƏBİB isə bunu inkar edir, deyir ki, get 80 manatla dolan. Bu nə qədər düzgündür? Əlavə olaraq bildirirəm ki, TƏBİB tərəfindən stomatoloji fəaliyyət üçün heç bir maddi-texniki təminatın, dərman vasitələrinin və tibbi materialların ayrılması ilə bağlı mənə hər hansı yazılı və ya sənədli sənəd təqdim edilməyib. Maddi-texniki təminat təqdim edilmədiyi halda, həkimlərdən tibb müəssisəsinin balansına pul köçürülməsinin tələb edilməsi və bu əsasla ittiham irəli sürülməsi hüquqi baxımdan yolverilməzdir. Stomatoloji xidmətlərin maliyyələşdirilməsi üçün TƏBİB tərəfindən heç bir vəsait ayrılmayıb. Buna baxmayaraq, TƏBİB-in rəsmi mövqeyində Əmək Məcəlləsinin 78.2-ci maddəsini faktiki olaraq qüvvədən saldığı iddia edilən daxili qaydalara istinad edilərək, yalnız daha çox maliyyə vəsaiti köçürən həkimlərin “peşəkar” hesab edildiyi bildirilir. Mən də bildirirəm ki, heç bir daxili normativ akt Azərbaycan Respublikasının Əmək Məcəlləsindən üstün ola bilməz və 78.2-ci maddəni qüvvədən sala bilməz. Peşəkarlıq səviyyəsinin yalnız maliyyə göstəriciləri ilə müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmamış, tibbi fəaliyyətin keyfiyyətini əks etdirməyən, obyektivliyi sübut olunmamış meyar olmaqla hüquqi əsasdan məhrumdur. Peşəkarlıq səviyyəmin aşağı olması ilə bağlı attestasiya, rəsmi qiymətləndirmə və ya intizam tənbehi də mövcud deyil. Xüsusilə vurğulayıram, cənab İlham Əliyev dəfələrlə söyləyib ki, dövlət orqanları bütün sahələrdə müharibə veteranlarına, qazilərə və şəhid ailələrinə xüsusi qayğı ilə yanaşmalıdırlar. Bu prinsipin TƏBİB tərəfindən gözardı edilməsi həm hüquqi, həm də institusional məsuliyyət yaradır. Bütün bunları nəzərə alaraq bildirirəm ki, mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 78.2-ci hissəsinin tələblərinə ziddir və qanunsuzdur”, – o etiraz edib.

KONKRET.az-ın xəbərinə görə, pravda.az tərəfindən TƏBİB-ə ünvanlanan sorğuya gələn cavab isə belə olub: “Sorğuda vurğulanan həkim-stomatoloqların ödənişi məsələsinə aydınlıq gətirilməsi zərurəti var. Belə ki, həkim-stomatoloqların göstərdikləri tibbi xidmətə görə tibb müəssisəsinə daxil olan xidmət haqqı stomatoloji xidmətdən yararlanmış vətəndaş (pasiyent) sayını müəyyənləşdirmək üçün meyar olaraq nəzərdə tutulub. Göstərilən xidmətdən daxil olan vəsaitin çox olması həmin həkimin daha çox vətəndaş qəbul etməsinin göstəricisidir. Daha çox vətəndaş qəbulu həyata keçirmiş həkimin daha çox üstünlük verilən həkim olmasının, bu da öz növbəsində daha peşəkar olmasının göstəricisi olaraq dəyərləndirilmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin 2-ci hissəsinə əsasən, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir.

1. şəhid ailəsinin üzvlərinə;

2. müharibə iştirakçılarına;

3. əsgər və zabitlərin arvadına (ərinə);

4. öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara və s.

Maddənin məzmunundan da göründüyü kimi, 78-ci maddə dairəsinə düşən işçilər peşəkarlıq səviyyəsinə görə digər işçilərlə eyni olduğu halda onların işdə saxlanılmasına üstünlük verilir. Əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilərin siyahısı isə Əmək Məcəlləsinin 79-cu maddəsində sadalanmışdır ki, sorğuda sadalanan parametrlərdə 79-cu maddə dairəsinə daxil deyildir. TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində həkim-stomatoloqların ixtisar prosesi qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilir. O cümlədən TƏBİB publik hüquqi şəxs statusunda olmaqla səhmləri dovlətə məxsus özünüidarəetmə orqanıdır. Publik hüquqi şəxslər haqqında qanunun 7.2 bəndinə əsasən publik hüquqi şəxsin əmlakı həm də fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əl budə edilən daxilolmalardan formalaşır. TƏBİB tabeli müəssisələrdə həkim-stomatoloqların fəaliyyətinin analitik təhlili zamanı stomatoloji xidmətə təlabatın faktiki işçi sayına mütənasib olmadığı müəyyənləşib. Hər bir tibb müəssisəsində ötən il ərzində stomatoloji tibbi xidmətlə əlaqədar vətəndaş müraciət sayına mütənasib həkim-stomatoloq ştat sayının zəruriliyi müəyyənləşdirilib və təlabatdan artıq olan ştatların ixtisar edilməsi zəruriliyi yaranıb. İxtisar prosesləri Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri gözlənilməklə həyata keçirilməkdədir. İxtisar ediləcək işçilər müəyyənləşdirilərkən AR ƏM-nin 77, 78, və 79-cu maddələri nəzərə alınıb”.

Üzeyir Hüseynov TƏBİB-in cavabına etiraz edərək əmək müqaviləsinə xitam verilməsi barədə qərara yenidən baxılmasını tələb edir: “Həmçinin ixtisar prosesinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasını, hüquqlarımın pozulmasının aradan qaldırılmasını tələb edirəm. Əks halda, hüquqlarımın müdafiəsi məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidməti, Baş Prokurorluq və məhkəmə orqanlarına müraciət edəcəyəm. Azərbaycan Respublikası Əmək Məcəlləsində “xəstə qəbulu çox olan həkimin peşəkar sayılması” anlayışı mövcud deyil. İxtisar zamanı peşəkarlıq statistik göstəricilərlə deyil, yalnız qanunla müəyyən edilmiş obyektiv meyarlarla qiymətləndirilə bilər. Xəstə sayı hüquqi meyar deyil və Əmək Məcəlləsinin 78-ci maddəsi ilə nəzərdə tutulan üstünlük hüququnu ləğv etmir. Struktur dəyişikliyi təsdiq edən rəsmi sənədlər və alternativ iş təklifi təqdim edilmədikdə ixtisar qanunsuz hesab olunur. Bu səbəbdən statistik və analitik arqumentlər əmək müqaviləsinə xitam üçün hüquqi əsas yarada bilməz. Tərəfimə təqdim edilmiş izahat məktubunda irəli sürülən arqumentlərə cavab olaraq bildirirəm ki, Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə əsasən qeyd olunan izahlar əmək müqaviləsinə xitam verilməsi üçün yetərli və hüquqi əsas hesab edilə bilməz. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, ixtisar zamanı işdə saxlanılmada üstünlük hüququ olan işçilər mövcuddursa, bu hüquq mütləq tətbiq edilməlidir. Həmin üstünlük hüququ statistik, analitik və ya maliyyə əsaslandırmaları ilə məhdudlaşdırıla bilməz. Məcəllənin 70-ci maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə ixtisar əsası ilə xitam verilməsi yalnız real struktur dəyişikliyi baş verdikdə mümkündür. Struktur dəyişikliyini təsdiq edən rəsmi qərar, yenilənmiş struktur sxemi və ştat cədvəli tərəfimə təqdim edilməyib. Məcəllənin 77-ci maddəsinə əsasən, ixtisar zamanı işçiyə mövcud olan alternativ vakansiya və ya başqa iş təklif edilməlidir. Bu öhdəlik də yerinə yetirilməyib.Məcəllənin 79-cu maddəsi ixtisarın qadağan edildiyi şəxslərin siyahısını müəyyən edir və 78-ci maddə ilə nəzərdə tutulan üstünlük hüququnu ləğv etmir. Bu maddəyə istinad hüquqi baxımdan əsassızdır. “Publik hüquqi şəxslər haqqında” qanunun 7.2-ci maddəsi publik hüquqi şəxsin maliyyə mənbələrini tənzimləyir və əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsas yaratmır. Həmin maddəyə istinad əmək hüququ baxımından tətbiq edilə bilməz. Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin əmək hüququ dövlət tərəfindən qorunur və bu hüquq daxili statistik və maliyyə dəyərləndirmələri ilə məhdudlaşdırıla bilməz. Nəticə isə budur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, tərəfimə münasibətdə qəbul edilmiş ixtisar qərarının qanunsuz olduğu, üstünlük hüququnun pozulduğu və əmək qanunvericiliyinin imperativ tələblərinə əməl edilmədiyi qənaətindəyəm. Bu səbəbdən, qəbul edilmiş qərarın yenidən baxılmasını, hüquqlarımın bərpa olunmasını və nəticə barədə rəsmi yazılı cavabın təqdim edilməsini tələb edirəm. Əks halda, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Dövlət Əmək Müfəttişliyi Xidməti və məhkəmə instansiyalarına müraciət etmək hüququmu saxlayıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Yanvar 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri