Təbiət qadını belə yaradıb, onun əksinə gedəndə...
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının Sabunçu rayonunda ana ölümü qeydə alınıb. O.Əfəndiyev küçəsi 2-də yerləşən doğum evində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mətanət Ağasi qızı Mirzəyeva doğuş zamanı ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Ginekoloq Təranə Həsənova Demokrat.az-a açıqlamasında bildirib ki, fizioloji baxımdan qadınlarda yumurtalıq rezervi yaş artdıqca tədricən azalır:
“Bu proses xüsusilə 33 yaşdan sonra daha nəzərəçarpan olur. Yumurta hüceyrələrinin sayı və keyfiyyəti zamanla dəyişdiyi üçün hamilə qalma ehtimalı da müəyyən dərəcədə azala bilər. Buna görə də tibbi baxımdan reproduktiv dövrün daha aktiv olduğu yaşlarda hamiləliyin planlanması çox vaxt daha rahat və effektiv hesab edilir. Digər tərəfdən, təbii olaraq qadın orqanizmi müəyyən yaşdan sonra hormonal dəyişikliklər yaşayır. Orta hesabla 53 yaş klimaks dövrü kimi qəbul edilir. Bu da reproduktiv dövrün bioloji olaraq tamamlandığını göstərir. Təbiət qadını belə yaradıb, təbiətin əksinə getmək həmişə ağır nəticə verir”.
Leyla Turan
Demokrat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Mart 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















