Icma.az
close
up
RU
Rusiyada Dolina effekti əksinə işləyir

Rusiyada Dolina effekti əksinə işləyir

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.

Məşhur müğənni Larisa Dolinanın üzləşdiyi dələduzluq hadisəsindən sonra yerli medianın "Dolina effekti" adı verdiyi üsul artıq əksinə işləyir. Rusiya mətbuatı yazır ki, mənzil sahiblərinə tez-tez "bankdan" zənglər gəlir. Bildirilir ki, proses indi də davam edir və rusiyalılar arasında fırıldaqçılıqla üzləşən onlarla belə şəxs var.

Reyting.az xəbər verir ki, "Dolina sxemi"nin yeni versiyasınd, artıq fırıldaqçılar alıcıları deyil, mənzil satanları hədəfə alır. Bu barədə ardıcıl olaraq dekabr ayının 3-ü və 4-də "Hüquqşünas izah edir” kanalının müəllifi Yevgeni Furin məlumat verib.

Furin Rusiya vətəndaşlarını maarifləndirmək, xəbərdar etmək üçün bu sxemin necə işləməsindən danışıb:

"Sxem belə işləyir: satıcı elanı yerləşdirir, "alıcı" isə mənzilin xoşuna gəldiyini söyləyib avans göndərməyi təklif edir. Daha sonra satıcıya imzalanmalı müqavilə göndərilir və guya avansın köçürülməsini təsdiqləyən saxta çek skanı yollanır. Əslində isə heç bir vəsait daxil olmur. Ardınca həmin satıcıya "bankdan" zəng edirlər, əməliyyatın şübhəli olduğuna görə bloklandığı məlumatı verilir. Həmçinin təhlükəsizliyi təsdiqləmək üçün SMS-kod istənilir. Nəhayət bu cür fırıldaqla dələduzlar satıcının bank hesablarına giriş əldə edirlər".

Xatırladaq ki, 2024-cü ildə Rusiyanın Xalq artisti, müğənni, aktrisa və pedoqoq Larisa Dolina da oxşar sxemin qurbanı olmuşdu. O, mənzilini satdıqdan sonra alınan pulu fırıldaqçılara göndərmişdi. Məhkəmə onun xeyrinə qərar versə də, mənzilin alıcısı həm evsiz, həm də pulsuz qalmışdı.

Hadisədən sonra bu sxem Rusiyada geniş yayılıb. Yaşlı satıcılar eyni yolla fırıldaqçılığa məruz qaldıqlarını iddia edir və nəticədə isə alıcılar da zərər çəkirlər. Dələduzluğun qarşısını almaq üçün bu problemə yüksək səviyyədə diqqət yetirən Rusiya Dövlət Dumasının deputatları təklif ediblər ki, belə hallarda mənzil satıcıya yox, alıcıya qaytarılsın.

Oqtay QORÇU


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Dekabr 2025 07:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri