Təbiətin duyğusu... Rəngarəng güllərin gözəlliyini görə bilmək incə ruhların işidir
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Min illərdir insanlar güllərlə sevgi etiraf edir, üzr istəyir, sevincini və kədərini paylaşır. Bəli, gül həm sevinci, həm də kədəri daşıya bilən bir simvoldur. Biz müxtəlif əlamətdar günlərdə doğmalarımıza, yaxınlarımıza gül almaqla onları təbrik etmişik, sevindirmişik. Bu həm də onlara qayğı, diqqət, hörmət mənasını daşıyır.
Əvvəllər gülün dəyəri daha çox idi, indi çox şey adiləşib. Hisslər də süni və sürətli olub. Bir vaxtlar insanlar sevginin xatirəsi kimi gülü hətta kitab arasında saxlayırdılar. Beləcə duyğular əbədiləşdirilirdi.
Gül təkcə bəzək deyil, həm də mədəniyyətin, incəsənətin, ədəbiyyatın ilham mənbəyidir. Gül həm sevinci, həm kədəri daşıya bilən azsaylı simvollardan biridir. Hər bir gül - rəngi, növü, sayı ilə bir mesaj verib.
Güllərin rənglərinə görə müxtəlif mənaları var:
Qırmızı gül - Sevgi, romantika deməkdir. Ən çox eşqi ifadə etmək üçün verilir.Ağ gül - Saflıq, niyyətin təmiziliyini bildirir.Sarı gül - Dostluq, xoşbəxtlik, eyni zamanda nifrəti bildirir. Bəzən də paxıllıq və xəyanət kimi mənalara da gələ bilər.Çəhrayı gül - Zəriflik, minnətdarlıq, romantik simpatiyanı ifadə edir.Güllərin sayının müəyyən olunması- tək və ya cüt olması inancı isə bizdə illərdir mövcuddur. Tək gülü bayramlarda, şad günlərdə təqdim edilir, cüt gül isə adətən qəbir üstünə qoyulur. Rəqəmlərin təkliyi müəyyən bir bitməzliyi ifadə edir, cütlük isə müəyyən bir qapanışı özündə daşıyır. İnsanlar bu mənaya çox diqqət edirlər. Düşünürəm ki, bu təsəvvürlər sıradan çıxmalıdır.
Gül bəzən bir dekor, bir şəkil üçün istifadə olunur. Halbuki, bir gülü yaşatmaq, onu sevərək becərmək, təbiətə bağlılığın bir göstəricisidir. Gül yalnız torpaqda deyil, münasibətlərdə də özünü göstərməlidir - diqqətlə, nəvazişlə, anlayışla.
Gül həyatın gözəlliyidir. Onu görə bilmək isə incə ruhların işidir.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 23 Dekabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















