Icma.az
close
up
RU
Azərbaycanın qarşısında bu istiqamətdə ciddi vəzifələr durur” AYDINLIQ GƏTİRİLDİ

Azərbaycanın qarşısında bu istiqamətdə ciddi vəzifələr durur” AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“2024–2025-ci tədris ili Azərbaycan təhsilində strateji baxımdan dönüş mərhələsi kimi yadda qaldı. İstər ümumi təhsildə, istər peşə istiqamətində, istərsə də ali təhsildə aparılan yeniliklər artıq öz real nəticələrini göstərdi. Məktəbəhazırlıq qruplarının genişləndirilməsi, ibtidai siniflərdə erkən yaşdan xarici dil tədrisinin tətbiqi, “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin daha çox məktəbə şamil olunması bu proseslərin ən bariz göstəriciləridir. Əgər 5–10 il əvvəl yalnız pilot məktəblərdə sınaqdan keçirilən layihələr vardısa, ötən il bu proseslər artıq kütləviləşmə mərhələsinə qədəm qoydu”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, nazirliyin ən mühüm addımlarından biri də idarəetmədə şəffaflıq və elektron mexanizmlərin genişləndirilməsi oldu. Valideynlərin birinci sinfə qəbul, şagirdlərin peşə təhsili və universitetlərə yerləşməsi proseslərinin elektron platformalar vasitəsilə həyata keçirilməsi təhsil sahəsində bərabər imkanların yaradılmasına xidmət etdi:

“2025–2026-cı tədris ilində gözləntilər daha yüksəkdir, çünki təməl artıq qoyulub və indi əsas məqsəd keyfiyyətli nəticə əldə etməkdir. Məktəbəhazırlıq qruplarında qrup ölçülərinin normativləşdirilməsi, məşğələlərin vaxtının və sayının dəqiqləşdirilməsi, tədrisin həftədə dörd günə salınması uşaqların məktəbə adaptasiyasını daha asan edəcək. Erkən yaşdan xarici dil tədrisinin başlanması, xüsusilə də ingilis, alman, fransız, rus, ərəb və fars dillərinin seçilməsi dünya təcrübəsinə uyğun atılan addımdır. Məsələn, Sinqapur və Estoniya kimi uğurlu təhsil sistemlərində ikinci dil tədrisi erkən mərhələdə başlayır və bu, onların beynəlxalq qiymətləndirmələrdəki üstün mövqeyinin səbəblərindən biridir. Azərbaycanda bu təcrübənin tətbiqi şagirdlərin gələcəkdə həm ali təhsildə, həm də əmək bazarında rəqabət qabiliyyətini artıracaq”.

Ekspert bildirib ki, ötən tədris ilində STEAM və rəqəmsal bacarıqlar layihələrinin miqyası əhəmiyyətli dərəcədə genişləndi. Artıq yüzlərlə məktəb bu proqramlara qoşulub və yüz minlərlə şagird layihə əsaslı tədris metodları ilə tanış olub. Bu, ənənəvi tədrisdən fərqli olaraq şagirdlərin yaradıcı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir. Dünya təcrübəsi göstərir ki, təhsildə texnologiyanın inteqrasiyası şagird nailiyyətlərinə birbaşa təsir göstərir. Finlandiya və Estoniya nümunəsində olduğu kimi, proqramlaşdırma və rəqəmsal savadlılıq təhsilin baza komponentinə çevrildikdə PISA kimi beynəlxalq qiymətləndirmələrdə nəticələr yüksəlir. Azərbaycanda da bu istiqamətdə atılan addımların davamlı olması və kurikulumun dərinləşdirilməsi zəruridir.

Peşə təhsili üzrə nəticələr xüsusilə diqqətəlayiqdir. Dövlət sifarişli yerlərin artırılması və dual təhsil modelinin genişləndirilməsi gənclərin işə daha tez adaptasiyasına şərait yaradır. Əvvəllər peşə təhsilinə maraq az idi, amma son illərdə müraciətlərin artması göstərir ki, dövlətin güzəştli və dəstəkverici siyasəti öz bəhrəsini verir. Burada əsas dəyişiklik odur ki, peşə təhsili artıq “ikinci dərəcəli seçim” kimi yox, əmək bazarına birbaşa çıxış yolu kimi qəbul olunur. Bu, Almaniya və Avstriya modelinə yaxınlaşmadır. Əgər həmin ölkələrdə dual sistem işəgötürənlərin birbaşa prosesə qoşulması ilə effektiv işləyirsə, Azərbaycanda da regional müəssisələrlə əməkdaşlıq genişləndikcə nəticələr daha da yaxşı olacaq.

Ali təhsildə də irəliləyişlər oldu. Texniki ixtisaslara qəbulun artması göstərir ki, gənclər daha çox əmək bazarına uyğun ixtisaslara yönəlməyə başlayıblar. Eyni zamanda, beynəlxalq elm bazalarında məqalələrin sayının artması, alimlərə verilən stimullaşdırıcı mükafatlar və elmi fəaliyyətə qoyulan investisiya Azərbaycanın universitetlərinin qlobal reytinqlərdə mövqeyini gücləndirəcək. Müqayisə üçün qeyd etmək olar ki, Polşa və Çexiya kimi ölkələr 2000-ci illərdə ali təhsil sistemində məhz beynəlxalq elmi jurnallara çıxışı və yerli alimlərin dəstəklənməsini prioritet etdilər və nəticədə bu ölkələrin universitetləri sürətlə beynəlxalq reytinqlərdə irəlilədi. Azərbaycan üçün də bu siyasətin davamlılığı vacibdir.

Bütün bu nəticələr fonunda mənfi tərəfləri də unutmaq olmaz. İlk növbədə, PISA nəticələri hələ də OECD ölkələri səviyyəsindən aşağıdır. Bu, təməl biliklərin və kurikulumun dərinləşdirilməsinin çatışmazlığını göstərir. Başqa bir problem isə müəllimlərin peşəkarlığının davamlı inkişafı ilə bağlıdır. Layihələr və texnologiyalar tətbiq olunur, amma müəllimlərin böyük qismi bu proseslərə adaptasiya olunmaqda çətinlik çəkir. Bu sahədə əlavə təlimlər, məktəb daxilində peşəkar icmaların yaradılması, mentorluq mexanizmlərinin gücləndirilməsi vacibdir.

Ümumilikdə, 2025–2026-cı tədris ilində dəyişəcək əsas məsələ odur ki, layihələr artıq pilot mərhələdən kütləvi mərhələyə keçir və sistemdə “kompetensiya pilləkəni” formalaşır. Məktəbəhazırlıqdan başlayaraq ali təhsilə qədər ardıcıl bir xətt qurulur: ibtidai siniflərdə erkən savadlılıq və xarici dil, orta məktəbdə STEAM və rəqəmsal bacarıqlar, yuxarı siniflərdə peşə təmayülü və ali məktəbə hazırlıq. Bu xəttin nəticələri yalnız bir neçə ilə ölçülə biləcək. Ona görə də bu mərhələdə əsas hədəf layihələrin sayını artırmaq yox, keyfiyyətini ölçmək və nəticələr üzərində fokuslanmaqdır.

Elm və Təhsil Nazirliyinin ardıcıl siyasəti və strateji baxışları müsbət qiymətləndirilməlidir. Nazirlik əvvəlki illərdə olduğu kimi yalnız planlar elan etmir, həm də icra prosesini konkret göstəricilərlə müşayiət edir. Bu, təhsildə idarəetmənin daha şəffaf və hesabatlı olmasına səbəb olur. Gözləntilər ondan ibarətdir ki, yeni tədris ili Azərbaycanda təhsilin keyfiyyət göstəricilərində real dönüş mərhələsinə çevrilsin. Dünya təcrübəsi sübut edir ki, uğurlu təhsil sistemi yalnız layihələr və infrastrukturla deyil, həm də ölçülə bilən nəticələr və davamlı müəllim inkişafı ilə formalaşır. Azərbaycanın qarşısında da məhz bu istiqamətdə ciddi vəzifələr durur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri