Icma.az
close
up
RU
Təbiətlə zəhmətin harmoniyası Naxçıvan göycəsi

Təbiətlə zəhmətin harmoniyası Naxçıvan göycəsi

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 29 may, AZƏRTAC

Elə ki, baharın təmtəraqlı, güllü-çiçəkli may ayı yurdumuza qədəm qoyur, hər bir naxçıvanlının süfrəsini yaşıl donlu, turşməzə dadı ilə seçilən göycə bəzəyir. Ümummilli Lider Heydər Əliyevin də xüsusi rəğbət bəslədiyi, muxtar respublikanın brendinə çevrilən bu nemətin yetişdirilmə ənənələri qədim dövrlərə gedib çıxır. İriliyinə, dadına və digər xüsusiyyətlərinə görə fərqlənən müxtəlif növləri olan göycə Naxçıvanda əsrlərdir xalq seleksiyaçıları tərəfindən becərilir. Bu gün demək olar ki, hər həyətdə ən azı 2-3 göycə ağacına rast gəlmək mümkündür.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Bəhruz Qasımov AZƏRTAC-a müsahibəsində bildirir ki, Naxçıvan göycəsi öz dadı, ətri və faydalı xüsusiyyətləri ilə seçilən qiymətli meyvələrdəndir. Əsasən yaz fəslində yetişən bu meyvə həm təzə şəkildə süfrələrə gəlir, həm də müxtəlif yeməklərin və turşuların hazırlanmasında istifadə olunur. O qeyd edir ki, Naxçıvanın əlverişli iqlimi, münbit torpaqları və bol günəşli havası bu məhsulun yüksək keyfiyyətlə yetişməsi üçün ideal şərait yaradır. Elə bu səbəbdən də Naxçıvan göycəsi digər bölgələrdə yetişən analoji məhsullardan dadı və keyfiyyəti ilə fərqlənir. “Göycə yalnız ləzzəti ilə deyil, faydası ilə də seçilir. Tərkibində bol miqdarda C vitamini və insan sağlamlığı üçün vacib minerallar olan bu meyvə həzmi yaxşılaşdırır, iştahanı artırır və orqanizmə enerji verir. Bu məhsul bölgənin kənd təsərrüfatında da mühüm yer tutur. Göycə bağları təsərrüfat sahiblərinə əlavə gəlir qazandırmaqla yanaşı, yerli bazarın inkişafına da töhfə verir”, – deyə nazirliyin əməkdaşı əlavə edir.

Naxçıvan göycəsinin şöhrətinin sorağı ilə Babək rayonunun Kültəpə kəndinə üz tuturuq. Yaşayış məntəqəsində zəngin ənənələrə sadiq qalaraq göycə yetişdirən təsərrüfatçılardan biri də Vasif Cəfərovdur. Onunla söhbətimiz zəhmətinin bəhrəsi olan, dörd hektara yaxın ərazini əhatə edən bağında baş tutur. Vasif Cəfərov bildirir ki, bağın ümumi sahəsi 3,8 hektardır. Burada əsasən göycə, ərik və alma ağacları yetişdirilir. Ümumilikdə 15-ə yaxın müxtəlif meyvə ağacı növü var və onların hamısı peyvənd olunmuş ağaclardır. Təsərrüfat sahibi deyir ki, göycə Naxçıvanın əsl brendidir: “Naxçıvan göycəsi təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə də öz dadı və keyfiyyəti ilə tanınır. Hətta bir neçə il əvvəl Xaçmazdan gəlib buradan 20 minə yaxın göycə tingi aparıb əkmişdilər. İstixana şəraitində də yetişdirməyə çalışdılar, amma eyni dadı əldə edə bilmədilər. Özləri də etiraf etdilər ki, Naxçıvan göycəsinin dadını başqa yerdə təkrarlamaq mümkün deyil”.

Vasif Cəfərovun sözlərinə görə, bunun əsas səbəbi torpaq, hava və sudur: “Bu dadı yaradan məhz həmin təbii şəraitdir. Başqa yerdə eyni nəticəni əldə etmək üçün həmin torpağı, suyu, havanı da aparmaq lazımdır ki, bu da mümkün deyil”. Təsərrüfatçı göycənin keyfiyyətində peyvəndin də mühüm rol oynadığını vurğulayır: “Göycənin hansı ağaca peyvənd olunması onun dadına birbaşa təsir edir. Öz təcrübəmə əsasən deyə bilərəm ki, ən ləzzətli göycə "cır almaxara" deyilən ağaca peyvənd ediləndə alınır. Göycənin ən maraqlı xüsusiyyətlərindən biri də odur ki, tam yetişmədən süfrəyə gəlir. Hələ fındıq boyda ikən insanlar onu böyük həvəslə yeyir. Elə bu meyvənin əsas ləzzəti də məhz həmin çağlarında hiss olunur”.

“Bu il havaların bir qədər sərin keçməsi məhsulun yetişmə vaxtına da təsir edib. Əgər əvvəlki illərdə göycə mayın əvvəlindən bazarlara çıxarılırdısa, bu il məhsulun yetişməsi mayın sonlarına təsadüf edir”, – deyə Vasif Cəfərov fikirlərini tamamlayır.

Naxçıvan göycəsi təkcə meyvə deyil, həm də bu torpağın təbiətini, zəhmətini və ənənələrini özündə yaşadan qiymətli bir sərvətdir. Əsrlərdən gələn bu dad bu gün də bağbanların əllərində qorunur, süfrələrə bərəkət, insanlara sevinc gətirir. Görünən odur ki, Naxçıvan göycəsinin şöhrəti hələ uzun illər ölkə hüdudlarını aşaraq bu qədim diyarın adını yaşatmağa davam edəcək. Bu mənzərə eyni zamanda ölkədə aqrar sektorun inkişafına yönələn dövlət siyasətinin praktik nəticələrini də aydın şəkildə göstərir. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə kənd təsərrüfatının, xüsusilə də intensiv bağçılığın inkişafı ilə bağlı verdiyi tapşırıqlar, müasir yanaşmaların tətbiqi və yerli istehsalın stimullaşdırılması bu kimi ənənəvi məhsulların qorunub saxlanılmasına və daha da inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Nəticə etibarilə, Naxçıvan göycəsi kimi yerli brendlər həm iqtisadi dəyər qazanır, həm də regionların aqrar potensialının gücləndirilməsinə mühüm töhfə verir.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri